Ulu Öndər Heydər Əliyevlə bağlı Suraxanı məktəbliləri arasında keçirilmiş “Xalqa bağışlanan ömür” adlı inşa müsabiqəsinin qalibləri mükafatlandırılmışlar

Ulu Öndər Heydər Əliyevlə bağlı Suraxanı məktəbliləri arasında keçirilmiş  “Xalqa bağışlanan ömür” adlı inşa müsabiqəsinin qalibləri mükafatlandırılmışlar

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının inzibati binasında YAP Suraxanı rayon təşkilatının və Suraxanı Rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Suraxanı məktəbliləri arasında “Xalqa bağışlanan ömür” adlı inşa-yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilmişdir. Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Tədbirdə YAP Suraxanı rayon təşkilatının nümayəndəsi Ənvər Haqverdiyev, Suraxanı Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Elnarə Cəbrayılova və Suraxanı rayon məktəbliləri iştirak etmişlər.

Birgə tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının nümayəndəsi Ənvər Haqverdiyev müsabiqədə iştirak edən məktəbliləri salamlayaraq onları əldə etdikləri nəalliyyət münasibəti ilə təbrik etmişdir. Ənvər Haqverdiyev bildirdi ki, müstəqilliyin ilk illəri böyük çətinliklərlə müşahidə olunsa da Ulu Öndər Heydər Əliyevin tarixi xilaskar missiyası nəticəsində biz qalib xalq kimi hərtərəfli inkişaf yolu keçirik. Ənvər Haqverdiyev xüsusi vurğuladı ki, hər bir gənc öz ruhunda, qəlbində Ulu Öndər Heydər Əliyevi yaşatmalı və ona dərin hörmət hissi bəsləməlidir.

Suraxanı Rayon Gənclər və İdman idarəsinin Suraxanı Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Elnarə Cəbrayılova çıxış edərək bildirdi ki, belə müsabiqələrin məqsədi yeniyetmələrə öz dövlətini və onun görkəmli şəxsiyyətlərini daha dərindən tanımaq imkanları yaradılmasından ibarətdir.

Daha sonra Ulu Öndər Heydər Əliyev bağlı keçirilmiş “Xalqa bağışlanan ömür” adlı inşa-yazı müsabiqəsinin iştirakçılarına Fəxri Fərmanları təqdim olunmuşdur. Sonda müsabiqə iştirakçıları ilə xatirə şəkili çəkdirilmişdir.