Ulu Öndər Heydər Əliyevdən xalqımıza miras qalmış güclü dövlətimizi və zəngin dilimizi qorumaq borcumuzdur
Vaqif Qurbanov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Dilin meydana gəlməsi ən qədim dövrlərə aiddir olub, insanların birgə yaşayış və əmək fəaliyyətində bir-birinə söz demək ehtiyacından yaranmışdır. Təfəkkürlə sıx bağlı olan dil, öz hisslərimizi, fikirlərimizi və xəyallarımızı müəyyən qaydalar daxilində ətrafımızda və ya qarşımızda olan insanlara anlatmaq üçün ən əhəmiyyətli bir ünsiyyət vasitəsidir.
Dil mənsub olduğu xalq üçün əvəzolunmaz bir xəzinədir. Xalqın ozanları, aşıqları, alimləri, şairləri, yazıçıları və tədiqiqatçıları dilin sadiq keşikçiləridir. Dil, ünsiyyət vasitəsi olmaqla bərabər, həm milli-mənəvi dəyərlərini yaşadılmasında, həm də mədəniyyətin inkişafında mühüm rol oynayan əsas amillərdən biridir.
Xalq öz folklorunu, ədəbiyyatını, tarixini yazaraq inkişaf etdirməklə nəsildən nəsilə çatdırmaq üçün dildən əsas bir vasitə kimi istifadə etmişdir. Zəngin dilə malik olan xalq, yüksək mədəniyyətə sahibdir. Tarixdə elə xalqlar vardır ki, dillərini, mədəniyətlərini və mənəvi kimliklərini qoruyub saxlaya bilmədikləri üçün tarixin səhifəsindən silinib getmişlər. Ancaq elə xalqlarda vardır ki, dillərini zənginləşdirərək, mədəniyyətlərini inkişaf etdriməklə öz milli mənəviyyatlarını qoruyub saxlaya bilmişdir., Adət-ənənələrini milli mənəviyyatlarına qoruyaraq öz dilini yaşadan qədim xalqlardan biri də azərbaycan xalqıdır. Vətənimizin gözəl təbiəti olduğu kimi, xalqımızında zəngin söz ehtiyatına malik ahəngliyi ilə seçilən öz dili vardır.
Qrammatik quruluşuna görə “Türk dilləri” ailəsinin “Oğuz” qoluna daxil olan Azərbaycan dili tarixdə öz varlığını qoruyub saxlayaraq böyük inkişaf yolu keçmiş qədim ədəbi dillərdən biridir. Dilimizin var oluşunu "Kitabi-Dədə Qorqud" dastanlarının yaranmasından qəbul edərsək, qədim tarixdən var olduğunu görərik..
Xalqımızın öndərləri və ziyalıları ana dilimizin inkişaf etməsi və qoruyub saxlanılması üçün əhəmiyyətli işlər görmüşdür. Çünki bu istiqamətdə işlər görmək bir məcburiyyətdir. Əks halda gələcəkdə tarixini və milli kimliyini unutmuş bir nəslin yaranmasına səbəb olacaqdı. Bu da bir ulusun, bir xalqın, bir dövlətin tarixdən ya süqutuna, yada ki, tamamilə silinməsi deməkdir. Ana dilimizin milli mənliyimizin, milli şüurumuzun, milli mentalitetimizin və milli mədəniyyətimizin inkişaf etdirilərək bu günə qədər qorunub saxlanmasında Ulu Öndər Heydər Əliyevin əməyi misilsidir.
SSRİ dövründə Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə ən böyük arzusu Azərbaycan dilinin dövlət dili olaraq elan edilməsi idi. . Ulu Öndər Heydər Əliyev kommunist rejiminin sərt tələblərinin olmasına baxmayaraq rəhbərliyə gəldiyi ilin ilk günlərindən Azərbaycan dilinin dövlət dili kimi elan edilməsi üçün fəaliyyətə başlamışdır. SSRİ-nin yeni təsdiq olunmuş Konstitusiyasında ittifaqa daxil olan respublikaların dövlət dili barəsində bir maddə yox idi. Çünki sovet ittifaqına daxil olan bütün respublikalarda birmənalı olaraq “rus dili” dövlət dili olaraq sayılırdı. Dövlət səviyyəli bütün tədbirlər rus dilində keçirilirdi. Belə bir zamanda bu arzunun həyata keçməsi mümkünsüz görünürdü. Ancaq Ulu Öndər Heydər Əliyev xüsusi bacarıqla ziyalıları, bütün xalqı ana dilinin dövlət dili kimi elan olunması uğrunda mübarizəyə cəlb edərək, bütün çətinliklərin və maneələrin öhdəsindən böyük hünərlə gəlməklə Azərbaycan dilinin dövlət dili olmasına nail oldu. Bu əldə olunan naliyyət kommunizm sərt rejiminin hökm sürdüyü bir dövrdə Ulu Öndər Heydər Əliyevin qələbəsi idi. Böyük zəhmət bahasına qazanılan bu qələbə, xalqının milli mənliyi sayılan öz ana dilinə olan sonsuz sevgisindən irəli gəlirdi. Müstəqil Azərbaycan 1995-ci ildə yeni konstitusiyasında Azərbaycan dili öz layiqli statusunu alaraq dövlət dili hüququnu qazandı. Bununlada Azərbaycan xalqı bir daha öz milli kimliyinə qovuşmuş oldu.
Çox gözəl natiqlik bacarığı olan Ulu Öndər Heydər Əliyev Ana dilimiz haqqında çıxışları zamanı "Dil millətin mənəviyyat bayrağı, milli mənlik və qürurudur" ,"Dil yoxdursa, xalqda yoxdur" , "Hər bir xalq öz dili ilə yaranır, ancaq dilini yaşatmaq, inkişaf etdirmək,və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının elm, bilik, fəaliyyəti nəticəsində mümkün olur" kimi müdrik kəlamları daima diqqət mərkəzində olan ana dilimizə verdiyi yüksək qiymətin göstəricisidir. Öz milli mənəviyyatı ilə daima fəxr edən, bənzərsiz insan və böyük alim Ulu Öndər Heydər Əliyev xalqla onun öz dilində danışırdı. Öz ana dilini səlis bilən Ulu Öndər Heydər Əliyev bir natiq kimi zəngin söz ehtiyatına malik bir insan idi. Buna görə də o, müdrik, ağıllı qərarları ilə yanaşı, danışıq nitqi ilə də insanların diqqətini cəlb edə bilirdi. Bu da Ulu Öndər Heydər Əliyevin yüksək nitq mədəniyyətini cəlbedici nitq qabiliyyətinin olmasından irəli gəlirdi.
Xalqımız, hər zaman öz fəaliyyəti dövründə müstəqilliyimizin və milli mənəviyyatımızın inkişafı, qorunub saxlanılması uğrunda verdiyi əməyə görə Ulu Öndər Heydər Əliyevə mənəvi olaraq borcludur. Ulu Öndər Heydər Əliyev etdiyi xidmətlərə görə xalqının qəlbində əbədi olaraq yaşayan bir liderdir.
Ümummilli Liderimizin müəyyənləşdirdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən yaradıcı şəkildə davam etdirilir. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev tərəfindən verilən Dilçiliyin inkişafı ilə əlaqədar sərəncam və qərarlar ana dilimizin inkişafı daima diqqət mərkəzində olduğunun sübutudur.
Ulu Öndər Heydər Əliyevdən xalqımıza miras qalmış güclü dövlətimizi və zəngin dilimizi qorumaq və daima milli mənəviyyata sahib, öz ana dilində danışa bilən gələcək bir nəsil yetişdirmək bizim mənəvi borcumuzdur.
Azərbaycan mədəniyyəti zəngin bir xəzinədirsə, Azərbaycan dili onu dəyərli edən zinətidir. Ana dilimizə qoruyaraq sahib çıxaq. Ana dilimizə sahib çıxaq ki, tariximizi unutmayaq. Unutmayın dilini bilməyən, tarixini bilməz. Tarixini bilməyən elini, obasını, yurdunu bilməz. Çünki doğma torpaqlarımızda daima gözü olan mənfur düşmən tariximizin unudulmasını fürsət bilərək öz çirkin niyyətlərini həyata keçirmək istəyəcəkdir.Tarixini bilməyən bir xalqın tarix səhnəsindən əbədi olaraq yox olub getməsi mütləqdir.