Ulu öndər Heydər Əliyev ümummilli problemlərin həll olunmasına xidmət etmişdir

Ulu öndər Heydər Əliyev ümummilli problemlərin həll olunmasına xidmət etmişdir

Pərvin Rəhimova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 262 saylı körpələr evi - uşaq bağçasının metodisti

Azərbaycan tarixində tarixi şəxsiyyətlər, elm xadimləri, dövlət adamları çox olub. Belə şəxsiyyətlər illər keçsə də xalqın yaddaşından silinmir, yaddaşlara ömürlük həkk olunub gələcək nəsillərə irs olaraq ötürülür. "Zaman-zaman belə şəxsiyyətləri tarix unutmur, lakin elə şəxsiyyətlər də olurki, tarixin özünü o yaradır".  Müstəqil dövlətimizin qurucusu Ulu öndər Heydər Əliyev "özü tarix yaradan" dahi şəxsiyyətdir. Azərbaycan xalqının başının üzərini qara buludlar alan bir zamanda xalqımız tək çıxış yolunu Ulu öndərimizin hakimiyyətə gəlməyində gördü. Daim xalqına arxalanan dahi rəhbər Heydər Əliyev xalqımızın ən ağır günlərində hakimiyyətə gəlişi ilə sanki Azərbaycan xalqının üzərinə günəş kimi işıq saldı.

Yeritdiyi uzaqgörən siyasət, atdığı hərbir addımın müdrikliyi, zamanı qabaqlayan dünyagörüşü və iradəyə sahib olan Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gəldiyi ilk günlərdəndən nəin ki, Azərbaycanın daxilində sülh, əmin-amanlıq yaratdı, eyni zamanda Azərbaycan adını dünya dövlətləri arasında ilklər sırasına daxil etdi.

Hakimiyyəti illərində Azərbaycan üçün quruculuq işləri, hər bir sahədə islahatlar apardı, torpağımıza, xalqımıza, dilimizə  "Azərbaycan" adını ömürlük həkk etdi. Yalnız vətənini, xalqını ürəkdən sevən, ona sadiq olan bir şəxsiyyət bu cür tarix yaza və yarada bilərdi. Onu xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycan tarixində yeganə siyasət xadimi Ulu öndər Heydər Əliyevdir ki, fəaliyyəti konkret bir sahəni əhatə etmir, ümummilli problemlərin həll olunmasına xidmət edirdi.

Bir dövlət başçısına aid ən yüksək keyfiyyətlər - dərin düşüncə, zamanı qabağlamaq, möhkəm iradə, həssas qəlb, xalqına ürəkdən bağlılıq və sevgi, əvəzsiz enerji, məntiqli nitq və saymaqla bitməyən bütün bu keyfiyyətlərin hamısı dahi şəxsiyyət Heydər Əliyevdə cəmlənmişdir. 

Azərbaycan tarixinə nəzər saldıqda hər bir sahədə olan islahatların  Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu görürük. Bugün qazandığımız qələbəni, zəfəri ümummilli lider Heydər Əliyev bilirdi və daim söyləyirdi: "Biz Qarabağa qayıdacağıq". Ulu öndərin islahatlarının nəticəsi idi ki, cənab Prezidentimiz İlham Əliyev həmin siyasətin davamçısı olaraq bizə  "Qarabağ Zəfəri" adlı sevinci və qüruru yaşatdı.

Ümummilli liderimizin - "Mən fəxr edirəmki mən Azərbaycanlıyam! " sözü hərbir vətəndaşımızın dilində əzbərə çevrilib. Ulu öndər Heydər Əliyevin əziz xatirəsi məğrur və yenilməz Azərbaycan xalqının düşüncəsində, dilində canlı bir əfsanə olaraq daim yaşayacaq!