Ulu Öndər Heydər Əliyev öz xalqını ləyaqətlə təmsil edirdi
Zəkiyə Hacıyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi
Tarixdə elə şəxsiyyətlər vardır ki, bütöv bir millətin həyatında silinməz izlər qoyaraq, öz xalqını ardınca apara biləcək fenomen şəxsiyyət olmaq üçün doğulmuşlar. Azərbaycan xalqnın böyük oğlu ümummilli liderimiz Heydər Əliyev də dahi lider kimi insanları öz idea və baxışlı ətrfında toplamış zəngin təcrübəsi sayəsində idarəçilikdə böyük uğurlara imza atmış və xalqın dərin etimadını qazanmışdır. Heydər Əliyev hər iki rəhbərliyi dövründə ölkənin hər tərəfli inkişfını yüksək səviyyəyə qaldırmışdır.
1969-cu ilin iyul ayının 14-də Heydər Əliyev Azərbaycan Kommunist partiyası Mərkəzi Komitəsinin Birinci Katibi seçilir. O zaman Azərbaycanda ali vəzifələrdə çalışanların əksəriyyəti qeyri-azərbaycanlı olduğundan milli maraqları qorumaq mümkün deyildi. Bu məqsədlə yeni kadrların hazırlanması üçün Azərbaycanlı tələbələri İttifaqın nüfuzlu ali məktəblərinə göndərilirdi (hər il 800 tələbə). 5000-dən atıq məzun olmuş tələbə Vətənə qayıdan kimi işlə təmin olundu.
Azərbaycanda xalq təsərrüfatının və inkişafı da onun adıyla bağlıdır. Bu illərdə geridə qalmış, aqrar respublika olan Azərbaycan aqrar sənaye ölkəsinə çevrildi. Heydər Əliyevin birinci hakimiyyət dövrünün müstəsna əhəmiyyətə malik xidmətlərindən biri də ölkəmizdə hərbi kadrların hazırlanması üçün Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasıdır.
1983-1987-ci illərdə SSRİ Nazirlər Soveti sədrinin Birinci müavini vəzifəsinə irəli çəkilən Heydər Əliyev öz xalqını ləyaqətlə təmsil edirdi. 1987-ci ilin noyabr ayında SSRİ-nin birinci və sonuncu Prezidenti M. Qarbaçovla fikir ayrılığına görə tutduğu vəzifədən istehva verir.
1990-cı ilin yanvar ayının 19-dan 20-sinə keçən gecə Bakı şəhərində Rus ordusu faciə törədir. Həmin günlərdə xəstə yatağından qalxan Heydər Əliyev həyatını təhlükə altına qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Azərbaycana qoşun yeridilməsinə və xalqımızın şəhidlər verməsinə görə Qarbaçov hökümətinə etirazını bildirir.
1990-cı ilin iyun ayında Naxçıvana gələn Heydər Əliyevi xalq ən əziz adamı kimi qarşıladı. Özünün xilas və nicat yolunu Heydər Əliyevdə görən Naxçıvan xalqı onun ətrafında sıx birləşdi. Görkəmli dövlət xadimini 1991-ci sentyabr ayının 3-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin sədri seçilməsi də Azərbaycanın müstəqillik yolunun əsasını qoymuşdur. “Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim...Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini bu çətin dövrdə yerinə yetirməliyəm.” - deyən dahi şəxsiyyət Naxçıvanı erməni təcavüzündən xilas etmiş, gələcək inkişafın təməllərini atmışdır.
1992-ci ilin noyabrın 21-də isə respublikanın müxtəlif bölgələrindən gələn 550-dən artıq nümayəndələrin iştirakı ilə YAP-ın təsis konfransı keçirilmişdir. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanda müstəqil dövlətçiliyin böyük məktəbinə çevrilmişdir və Azərbaycanın gələcək inkişaf istiqamətləri məhz burada müəyyənləşdirildi.
1993-cü ilin iyun ayında respublikada gərgin ictimai siyasi vəziyyət yarandı. Azərbaycan öz dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir zamanda xalq ümummilli liderimiz Heydər Əliyevə üz tutdu. Dahi şəxsiyyət xalqın çağırışına cavab verdi, onun nicatı üçün mücadələyə başladı. Bakıya dəvət olunan Heydər Əliyev 15 iyun 1993-cü ildə Azərbaycan Ali Sovetinin sədri seçildi. Həmin gün tarixə milli qurtuluş günü kimi daxil olub.
1993-cü ilin oktyabrın 3-ündə xalqın böyük əksəriyyətinin sevgi, etimad və dəstəyi ilə müstəqil Azərbaycanın Prezidenti seçilmiş Heydər Əliyevin yeni şəraitdə dövlət quruculuğunun bütün sahələrində, o cümlədən ölkənin hərbi təhlükəsizliyinin təmin edilməsi sahəsində gördüyü əzəmətli işlər onun mahir siyasətçi, böyük təşkilatçı olduğunu bir daha sübut etdi. Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri kimi müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanıb qəbul edilməsini, yeni müstəqillik dövrünün ən böyük uğuru hesab etməliyik.
Müstəqil dövlətin başçısı kimi Heydər Əliyev cəmiyyətin ictimai-siyasi sabitliyinin və yekdilliyinin təmin olunmasına xüsusi əhəmiyyət verirdi. Heydər Əliyev xalqın siyasi parçalanmasının, vətəndaşların bir-birinə qarşı əks cəbhələrdə dayanmasının erməni təcavüzünə qarşı mübarizədə başlıca maneə hesab edirdi. 1994-1995-ci illərdə dövlət çevrilişinə göstərilən cəhdlərin qarşısının alınması respublikada ictimai-siyasi sabitliyin bərqərar olunmasına, müdafiə qüdrətinin möhkəmlənməsinə şərait yaratdı. Atəşkəsin əldə edilməsindən sonra ordu quruculuğu yeni yüksək mərhələyə qədəm qoydu. Ulu Öndər qəti şəkildə bildirdi ki, ordu Azərbaycanın müstəqilliyinin atributudur. Milli zabit kadrların hazırlanması üçün hərbi təhsil sistemi formalaşdırdı, ordunun maddi-texniki bazasının təkmilləşdirilməsinə diqqət artırıldı.
Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycanda ölkənin Silahlı Qüvvələri üçün kadr hazırlayan hərbi tədris müəssisələrinin sayı xeyli artmışdır. Eyni zamanda ikitərəfli müqavilələrə əsasən ABŞ, Türkiyə, Rusiya, Pakistan, Ruminiya, Çin, Gürcüstan, Ukrayna, Litviya və digər ölkələrdə hərbi kadrlar hazırlanmışdır.
Heydər Əliyev son çıxışlarından birində deyirdi: “ Mən ümidvaram ki, biz ordumuzu gücləndirsək, döyüş qabiliyyətimizi yüksəltsək, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi gününü yaxınlaşdıracağıq və Azərbaycanın ərazi bütövlüyünü mütləq təmin edəcəyik”.
Ruhun şad olsun, Ulu Öndər! Sənin son vəsiyyətini yerinə yetirdik. Müzəffər Azərbaycan Ordusu, Ali Baş Komandan İlham Əliyev bu missiyanı uğurla başa çatdırdı. Sənin bizə əmanət etdiyin Azərbaycanın sükanı etibarlı əllərdədir.