Biz bu gün qalib insanlar kimi yaşayırıq

Biz bu gün qalib insanlar kimi yaşayırıq
Dadaş Babazadə
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 89 nömrəli tam orta məktəbin direktoru
26 iyun- bu tarix dövlətimizin və dövlətçiliyimizin əsasını təşkil edən ordumuzun günüdür. Tarixi vərəsəlik ənənəsinə sadiq qalaraq Ümummilli liderimiz Heydər Əliyev bu günü Silahlı Qüvvələr Günü kimi qeyd olunması haqqında fərman vermişdir .
Belə bir şanlı gündə Müzəffər Ali Baş Komandan İlham Əliyevin Kəlbəcər rayonunda komando hərbi hissəsində döyüş bayrağının verilməsinə həsr edilmiş təntənəli mərasimdə möhtəşəm çıxışı hər bir Azərbayan vətəndaşı üçün qürurvericidir.
Çıxışında ilk olaraq Silahlı Qüvvələrimizin qüdrətindən söz açan Ali Baş Komandan İkinci Qarabağ müharibəsində ordumuzun öz qüdrətini nəinki mənfur düşmənə, bütün dünyaya nümayiş etdirdiyindən qürurla, fəxrlə danışdı. Bu şanlı qələbəni bizə yaşadan ordumuzun gücü ilə bərabər xalqın birliyi, gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması, ən əsas da ölkəmizin iqtisadi gücü müharibəni aparmaq üçün böyük imkanlar yaratdı. Fəxrlə Azərbaycan ordusunun gücündən danışan ölkə prezidenti Azərbaycanı qalib ölkə, xalqımızı müzəffər xalq adlandırdı.
Cəmi 44 gün ərzində Ermənistan ordusunu demək olar ki, məhv edən müzəffər ordumuz bütün dünyaya öz gücünü nümayiş etdirdi. Müxtəlif ölkələrdə ali hərbi dərsliklərdə çox çətin relyefi olan Şuşanın azad olunması taktikası öz əksini tapır.
Müharibədən sonra sərhədlərin müəyyənləşməsindən bəhs edən Ali Baş Komandan bütün azad olunmş ərazilərdə sərhəd boyu hərbi hissələrin yaradıldığını qeyd etdi.
1993-cü il aprel ayında işğal olunan Kəlbəcər rayonu o dövrdə hakimiyyətdə olan AXC-Müsavat xəyanətkar cütlüyünün Kəlbəcəri müdafiə etməyib qurban verməyi bu birləşmənin talançılıq siyasətinin bariz nümünəsi olduğunu gördük və mənfur düşmənin iyrənc planlarının həyata keçməsinin şahidi olduq. QARABAĞ BİZİMDİR, BİZİM OLACAQ şüarı ilə əzəli doğma torpaqlarımızda inkişaf etmiş yeni həyat qurulacaq.