Ulu Öndər Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb

Ulu Öndər Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb

Vüsalə Qasımova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına müsahibə verib. Dövlətimizin başçısının müsahibəsi iyulun 22-də “China Global Television Network” televiziya kanalında yayımlanıb.

Dövlətimizin başçısı müsahibədə jurnalistin Azərbaycan -Çin münasibətlerinin inkişafından, ulu öndər Heydər Əliyevin Çinə səfərindən, Dünyanın dəyişməkdə olan geosiyasi mənzərəsi fonunda Azərbaycanın mövqeyindən, bağlantı və infrastruktur layihələri , Tayvan məsələsi  və Ermənistan-Azərbaycan münasibətləri haqqında sualları cavablandırıb.

Azərbaycan dünyanın iri dövlətlərindən bir olan Çin Xalq Resublikası ilə dosluq və əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət verib. Azərbaycanın istiqlaliyyət qazanması və ölkələrimiz arasında diplomatik münasibətlər yaradılması ikitərəfli əlaqələri genişləndirmək üçün əlverişli imkanlar açmışdır  və bu gün həmin əlaqələr sabit və sağlam təməl üzərində inkişaf edir.Azərbaycanın müstəqilliyini tanımış ilk dövlətlərdən biri olan Çin Xalq Resublikası dünya siyasətində öz dəst-xətti ilə seçilən ölkədir.

Müxbir ölkəmizin müasir olması və  hər yerde Azərbaycan elementinin olduğunu xüsusi vurğuladı. Eyni zamanda Azərbaycan turizmi haqqında geniş danışan İlham Əliyev bildirdi ki, bizim çox müasir hotel infrastrukturumuz var. Rəngarəng təbiətimiz var. Ölkədə doqquz iqlim qurşağı var. Ölkənin ərazisi o qədər böyük deyil, siz qatarla, avtomobillə və yaxud ən uzağı təyyarə ilə asanca qət edə bilərsiniz. Yol infrastrukturu ən yaxşılar sırasındadır

Qeyd etmək lazımdır ki, Çin Azərbaycanın dövlət müstəqilliyini 1991-ci ildə tanımasına baxmayaraq iki dövlət arasında münasibətlər 1994-cü ildə quruldu.Belə ki , Ulu öndər Heydər Əliyevin 1994-cü il martında Çinə səfəri müstəqillik əldə etmiş Azərbaycanın dövlət başçısının bu ölkəyə ilk səfəri olmaqla ikitərəfli əlaqələrin genişləndirilməsinə və inkişaf etdirilməsinə mühüm tövhə vermişdir. Dahi Lider Heydər Əliyevin Çinə səfəri Azərbaycan həqiqətlərinin, xalqımızın haqq səsinin dünyaya çatdırılmasında, respublikamızın əhatə olunduğu informasiya blokadasının yaradılmasında əvəzsiz rol oynamışdır.

1995-ci il mayın 19-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Çin xalq Respublikasının Sədri Tszyan Tszemin ilə ÇXR Dövlət Şurası Baş Nazirinin müavini, xarici işlər naziri Tsyan Tsiçenin, 1997-ci ilin avqustunda ÇXR parlament üzvülərinin Azərbaycana səfəri, 1998-ci ilin sentyabrında Böyük İpək yolunun bərpası ilə əlaqədar Bakıda keçirilmiş beynəlxalq konfransda Çin Ali Xalq Prokurorluğunun, həmin ilin dekabrında Yeni Azərbaycan Partiyasının I qurultayı ilə bağlı Çin Kommunist Partiyasının  nümayəndə heyətlərinin ölkəmizə gəlişi, eləcə də Azərbaycanın müxtəlif səviyyəli nümayəndə heyətinin ÇXR-ə səfəri Azərbaycan-Çin əlaqələrinin dönmədən genişləndiyini və möhkəmləndiyini sübut edirdi.

Dahi Lider Heydər  Əliyevin bununla əlaqədar demişdir: “Azərbaycanla Çin kimi böyük dövlət arasında yüksək səviyyədə əlaqələr yaradılmış və münasibətlərimizin daha da müvəffəqiyyətlə inkişaf etməsi üçün perspektiv açılmışdır.Biz buna böyük əhəmiyyət veririk, çünki Çin Xalq Respublikası dünya iqtisadi sistemindəı mühüm yer tutur, beynəlxalq həyatda və dünya siyasətində mühüm nüfüza malikdir”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirdi ki, bizim və şəxsən mənim hədəfim isə dünyanın və Azərbaycanın dəyişməkdə olduğunu nəzərə alaraq Heydər Əliyev siyasətini davam etdirmək, ölkəni müasirləşdirmək, bir də heç vaxt digərlərinin hökmranlığı altında yaşamamaq üçün müstəqilliyimizi möhkəmləndirmək, özünü təmin edən güclü iqtisadiyyat qurmaq və insanların daha yaxşı yaşamasına şərait yaratmaqdır.