Ulu Öndərin qətiyyətli mövqeyi ölkəmizin çiçəklənməsinə, inkişafına gətirib çıxardı

Ulu Öndərin qətiyyətli mövqeyi ölkəmizin çiçəklənməsinə, inkişafına gətirib çıxardı

Samirə Abdullayeva

YAP Suraxanı rayon təşkilatının ƏPT-nın sədr müavini

Suraxanı rayonu, "Göyərçin" körpələr evi və uşaq bağçasının müdiri

Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetə sədr seçilməsi müstəqillik illərimizdə dönüş nöqtəsi kimi yaddaşlarda qaldı. Bu elə bir önəmli dönəm idi ki, xalqımızı düşdüyü çətin vəziyyətdən xilas edən Milli Qurtuluş günü idi.

Ümumilli lider Heydər Əliyevin xalqımızın müstəqillik tarixində misilsiz rolları olmuşdur. Dövlətçilik sahəsində işləyib hazırladığı layihələr, tədbirlər, ıslahatlar bu gün də öz bəhrəsini verməyə davam edir. Heydər Əliyevin xalqına göstərdiyi xidmətlər yalnız müstəqillik dövrü ilə məhdudlaşmır. Bu, həmçinin sovet dövrünü əhatə edir. Ulu Öndər Daim xalqının rifahı naminə ciddi addımlar atmışdır.

24 iyun 1993 - cü ildə prezident səlahiyyətləri Ali Sovetin sədri, Umummilli lider Heydər Əliyevə verildi. Buna səbəb isə ölkənin xaosa, anarxiyaya sürükləndiyini görən o zamankı hakimiyyət Bakı şəhərini tərk etmək qərarına gəlməsi idi. Hakimiyyətə gəldiyi ilk gündən Azərbaycanın taleyi uğrunda əhəmiyyətli addımlar atmağa başlamışdı. Ölkəmizi başını alan bu çətin vəziyyətdən qurtarmaq üçün tədbirlər görürdü. Heydər Əliyevin qətiyyətli mövqeyi ölkəmizin çiçəklənməsinə, inkişafına gətirib çıxardı. Bu gün də həmin nəticələri görməkdəyik.

Bir neçə ay sonra, 1993-cü il oktyabrın 3-də yenidən seçkilərdə Ulu öndərimizin seçilməsi Azərbaycan xalqının ona olan etimadının göstəricisi idi. Ulu öndərimiz Heydər Əliyevin yolunu qətiyyətlə davam etdirən İlham Əliyev dövlətin inkişafı yolunda addımlar atmağa davam edirdi. Həm Heydər Əliyev, həm də İlham Əliyev Azərbaycanın sosial, iqtisadi, siyasi sistemində uğurlu addımlar atmışdılar. Bütün bunlar həm dövlətimizin, həm də Azərbaycan xalqının rifahını təmin edirdi.

Artıq Heydər Əliyevin ruhu şaddır ki, Qarabağımız işğaldan azaddır. Qarabağımız da artıq  bir parçamız kimi inkişaf edib çiçəklənəcək. İlham Əliyevin Qarabağ ilə bağlı layihələri, tədbirləri, islahatları ilə tezliklə buna nail olunacaq.