Ulu Öndər Heydər Əliyevin ideyaları ölməzdir
Hacağa Bağırov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
24 nömrəli Şəhər Poliklinikası Baş həkimi
Hər bir xalqın tarixində şəxsiyyətlərin rolu böyük və əvəzolunmazdır. Bu şəxsiyyətlərdən biri də xalqımızın igid oğlu, fenomen şəxsiyyət, Ümummilli liderimiz Heydər Əliyevdir. Millətin yenilməzliyi onun liderindən çox asılıdır. Məhz bu baxımdan həmişə Azərbaycan xalqının qəlbində yaşayan bu böyük şəxsiyyət ömrünün 60 ildən çoxunu xalqa sədaqətlə xidmət etmiş, onun firavanlığı, azad və müstəqil yaşaması üçün ölçüyəgəlməz işlər görmüşdür. Onun yenilməzliyi, dəmir iradəsi, qətiyyət və müdrikliyi, uzaqgörənliyi sayəsində vətəndaş müharibəsi qarşısında duran müstəqillik yolunda yenicə addım atan vətənimiz bu bəladan xilas oldu.
Hələ sovetlər ittifaqı dövründə görkəmli dövlət xadimi, dünya şöhrətli bu şəxs SSRİ dağıldıqdan sonra Azərbaycana qayıtdı. Heydər Əliyev doğma vətəni Naxçıvana qayıtdı. O xalqın iradəsi və tələbi ilə həm iqtisadi, həm mənəvi, həm də siyasi blokadaya alınan Muxtar Respublika Ali Məclisinə sədr seçildi. Bu dövrdə Azərbaycan Xalq Cumhuriyyətinin rəmzi olan üç rəngli dövlət bayrağının bərpa edilməsi, onun Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edilməsi heç də adi, asan məsələ deyildi. Lakin bu işin öhdəsindən o, bacarıqla və cəsarətlə gəldi. Naxçıvan Muxtar Respublika Ali Məclisinin sessiyasında Heydər Əliyev belə bir təklif irəli sürdü: “Naxçıvan Muxtar Respublika Ali Məclisinin qərarı ilə Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağı kimi qəbul edirik və Azərbaycan Ali Hakimiyyət orqanina bunu çatdırırıq. Eyni zamanda Azərbaycan Ali Hakimiyyəti qarşısında məsələ qoyuruq ki, Azərbaycan Respublikasının Dövlət rəmzləri haqqında qərar qəbul etsin”. Məhz bundan sonra Milli Məclis Dövlət rəmzləri haqqında qərar qəbul etdi. 1918-ci ildə xalqımızın əlindən alınmış müstəqillik 1991-ci ildə bərpa edildi. Lakin hakimiyyətə gələn səriştəsiz qüvvələr ölkəni idarə etməkdə aciz idilər. Onlar həm daxili, həm də xarici təzyiqlərə məruz qaldılar. Ermənistanda, əzəli torpaqlarımız olan Qarabağda soydaşlarımız ev-eşiklərindən didərgin düşdülər. Gənc müstəqil Azərbaycan təhlükə qarşısında idi. Xalqın son ümidi Naxçıvanda yaşayan Heydər Əliyev idi. Ona görə də xalqın təkidli tələbi ilə o, ikinci dəfə hakimiyyətə gətirildi. Onun bu tarixi qayıdışı Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsindən xilas etdi.
Belə ki, qısa bir zamanda ölkədə sabitlik yarandı və böyük çətinliklə atəşkəs elan olundu. Bu bir tərəfdən ölkəmizin inkişafı və hərbi qüdrətinin möhkəmləndirilməsinə şərait yaratmaqla, eyni zamanda minlərlə adamların həyatını xilas etdi. Bununla dünya birliyi Azərbaycan xalqının sözdə deyil, əməldə sülhsevər bir xalq olduğuna inandı, separatçı silahlı dəstələr tərksilah olundu, onların dövlət çevrilişi cəhdləri və konstitusiyaya zidd fəaliyyətlərinin qarşısı alındı. Ölkədə sabitliyin inkişafı üçün şərait yarandı,ölkəmiz durğunluq, xaos və hərci- mərclikdən, hakimiyyətsizlikdən xilas oldu. Vətəndaş müharibəsinin qarşısı alındı, silahlı dəstələrin heç bir qanun çərçəvəsinə sığmayan hərəkətlərindən insanlar azad, rahat nəfəs almağa başladılar.
Unudulmaz şəxsiyyət, dahi liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz siyasi və iqtisadi blokadadan çıxmış, nəinki regionda, həmçinin yaxın şərqdə və dünyada sabit ölkələrdən birinə çevrilmişdir.
Belə şəxsiyyətləri tanrı az-az yaradır, xalqın qarşısındakı çətinlikləri, onu gözləyən təlatümlü günləri görərək yaradır. Yaradır ki, olumla-ölüm qarşısında, əsarətlə azadlıq arasında – yol ayrıcında qalan xalqlara ürəyini məşəl edib yol göstərsin, nicat versin, xilaskarı olsun, onu ağ günlərə, azad günlərə çıxartsın.
Ulu öndər Heydər Əliyev yarım əsrdən çox Azərbaycan xalqının tarixini yaradan, tarixi yaşadan və tarixdə yaşayan bir şəxsiyyət, əbədi bir lider oldu.
Ölkəmizə rəhbərliyi dövründə Ümummilli liderimiz Heydər Əliyev nəinki bütöv bir Azərbaycanı qurub yaratmış, həm də xalqımızın qəlbində özünə bir abidə ucaltmışdır. Həyatımızın elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin izi görünməsin. O, əlli milyonluq bir xalqın ürəyini fəth etmiş bir liderdir.
Azərbaycan Respublikasının müstəqilliyi ulu öndər Heydər Əliyevin şah əsəridir. Onun daxili və xarici siyasətini xalq həmişə dəstəkləmiş, ona arxa, dayaq olmuşdur. Atalar gözəl deyib: “ Arxası xalq olanın başı göylərə ucalar”. Ulu öndər Azərbaycan üçün çox işlər görüb – desək azdır. O , bütov bir Azərbaycan qurub, yaradıb, onu müstəqilliyə qovuşdurub, bu müstəqilliyi neçə-neçə xarici və daxili hücumlardan, terrordan, sui qəsddən, zamanın keşməkeşlərindən qoruyub möhkəmləndirib. Bunun nəticəsidir ki, Azərbaycan dunya ölkələri arasında öndə gedən bir respublikaya çevrilmişdir.
Ulu öndər təhsili və müəllim əməyini də hər zaman yüksək qiymətləndirmişdir. O, çıxışlarında “ Mən müəllimdən yüksək ad tanımıram” deməklə azərbaycan müəllimini dəyərləndirirdi.
Ulu öndərin azərbaycan təhsilinin inkişafı naminə gördüyü işlər bu gün öz bəhrəsini verməkdədir. Məhz onun uğurlu siyasətinin nəticəsidir ki, bu gün hər bir azərbaycanlı övladı müasir standartlara cavab verən təhsil ocağında elmin zirvələrinə bələd olurlar.
Ulu öndər Heydər Əliyev təhsili həssas sahə adlandırmaqda nə qədər haqlı idi. Sevindirici haldır ki, bu gün ümummilli lider Heydər Əliyev ideyalarını yaşadan, nəsildən-nəsilə ötürən, layiqli, özünün savadı, dərin biliyi ilə seçilən və tanınan ziyalılarımız, müəllimlərimiz vardır. Məhz peşəkar müəllimlərimizin səyi nəticəsində ulu öndərin hamıya örnək olan həyat yolu səhifə-səhifə vərəqlənir, təlim-tərbiyə prosesində gənc nəslə aşılanır.
Heydər Əliyev elə bir zirvə idi ki, o zirvədən xalqımızın taleyinə günəşin al şəfəqləri səpələnirdi.
Ulu öndər xalqımıza azadlıq, əbədiyyət yolunu göstərdi. O, bizə dövlətçiliyimizi, müstəqilliyimizi, milyonların qanı bahasına qazandığımız azadlığımızı qorumağın yollarını göstərdi.
Bu gün müstəqilliyin yolu ilə inamla irəliləyən Azərbaycanda ulu öndərin amal və əməlləri dönmədən həyata keçirilir. Ölkəmiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, hörmətli prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə yeni-yeni uğurlar qaz