Ümumilli Lider Heydər Əliyevin özü böyük müəllim idi

Ümumilli Lider Heydər Əliyevin özü  böyük müəllim idi

Aygün Allahverdiyeva

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu 277 saylı körpələr evi - uşaq bağçasının müdiri

Azərbaycan Respublikasının  suverenliyi, davamlı inkişafı digər dünya ölkələr arasında onun etibarını daha da irəliyə doğru aparacaqdır. Bu, Heydər Əliyev dühasının ən böyük xəyalı və arzusu idi. Ulu Öndər bu arzuların bir qisminə özü nail olsa da bir çox hissəsi ata nəsihəti kimi cənab Prezident İlham Əliyevə və Azərbaycan xalqına qalmışdı. Belə ki, Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişi nəticəsində, xalqın maddi-mənəvi rifahı yaxşılaşmağa doğru başladı. Çünki, xalq öz liderini seçmişdi və ona inanırdı. Hər xalqın qaranıqdan işığa aparan istiqamət vericisi vardır. Biz Ulu Öndəri belə qəbul edib, sevmişdik. Bu gün də sevirik. Xalq öz liderinə inanmışdı.

Neft- qaz müqaviləsi olan “Əsrin müqaviləsi” əsası Heydər Əliyev tərəfindən təməli qoyulmuş resurslardan birinə çevrildi.  Heydər Əliyev siyasətinin davamçısı İlham Əliyev də milli sərvətləri xalqın gələcəyinə həsr etmək yolunu tutmuşdur. Biz xoşbəxt ölkənin xoşbəxt vətəndaşlarıyıq. Ulu Öndər siyasi kursuna davam etmək gənc nəslin İlham Əliyevə inamını daha da artırdı. Bu müdrik siyasətin nəticəsi kimi 30 il torpaq həsrəti çəkən, insanlar öz torpaqlarına qovuşdu. Qanla yuyulan torpaqlarımız şəhidlərin cənnət zirvəsinə çevrildi. 

Moskvada təqiblərə, yersiz nəzarətlərə məruz qalan Ulu Öndər qarşısı alınmaz vulkan kimi idi. 1990-cı il 20 yanvar hadisəsi, səbr kasasının son damlası oldu və Ulu Öndərin fəaliyyətinin yeni mərhələsi başladı. Bu xilaskarlıq missiyası idi.  Qarabağda yaranmış münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz olaraq Sovet İttifaqı Kommunist Partiyası sıralarını tərk etməsi Heydər Əliyevin vətənə bağlı və cəsarətli bir insan olduğunun göstəricisidir.

3 oktyabr 1993-cü ildə xalq öz arzusunu gerçəkləşdirdi. Ölkə qardaş qırğının qarşısı alındı və dövlətçiliyimizi təhdid edən amillər aradan qalxdı. Daxili vəziyyəti qısa müddətdə nizama salan Ümummilli liderin səyləri nəticəsində Ermənistanla Azərbaycan arasında mövcud olan  Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları, yəni ölkəmizin ərazi bütövlüyünün təmin olunması çərçivəsində aparılan ardıcıl, məqsədyönlü, sistemli işlər nəticəsini verməyə başladı. Atəşkəs müqaviləsinin imzalanması “Əsrin Müqaviləsi”nə gətirib çıxardı.

Ümummilli liderin səyləri nəticəsində Ermənistanla Azərbaycan arasında mövcud olan  Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları, yəni ölkəmizin ərazi bütövlüyünün təmin olunması çərçivəsində aparılan ardıcıl, məqsədyönlü, sistemli işlər nəticəsini verməyə başladı.  

Bizim hər birimizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Müəllimlik sənəti şərəfli bir sənətdir  deyən Ümumilli Lider Heydər Əliyev özü ən böyük müəllim idi. O bütöv bir xalqa müəllimlik edirdi. Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil ışçilərinin maddi vəziyyətinin, rifahının yaxşılaşdırılmasının  qayğısına qalıb. “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” deyən Ulu Öndər ikinci dəfə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdığı zaman bütün sahələrə olduğu kimi bu sahəyə xüsusi diqqət yetirdi.

Ulu Öndərin cəmiyyətin gələcəyini formalaşdıran təhsilə, elmə və gələcək nəsillərin inkişafına göstərdiyi qayğı diqqət bu gün də davam edir. Çox hörmətli Mehriban xanım Əliyevanın xüsusi diqqəti və qayğısı nəticəsində ölkəmizdə demək olar ki, təmirsiz məktəb, körpələr evi, uşaq bağçası qalmamışdır. Biz Ulu Öndər Heydər Əliyevin layiqli davamçıları Prezident cənab İlham Əliyevin və dövlət başçısının ən yaxın silahdaşı çox hörmətli Mehriban xanım Əliyevanın ətrafında yumruq kimi birləmişik. Bir daha Ulu Öndərin əziz ruhu qarşısında ehtiramla baş əyərək söz veririk ki, onun bizə hüquqi, siyasi, mənəvi əmanəti olan dövlətçiliyimizi göz bəbəyi kimi qoruyacağıq!