Tədris ocaqlarında 31 Mart həqiqətlərinin təbliği bizim mənəvi borcumuzdur

Tədris ocaqlarında 31 Mart həqiqətlərinin təbliği bizim mənəvi borcumuzdur

Sitarə Abbasova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 146 nömrəli tam orta məktəbin əməkdaşı

31 Mart soyqırımı Azərbaycan tarixinin ən ağır və kədərli dərslərindən biridir. Bu gün biz şəhidlərimizin xatirəsini ehtiramla yad edərkən, həm də onların ruhu qarşısında hesabat veririk: Azərbaycan bu gün güclüdür, suverendir və öz taleyinə sahibdir. Müasir dünyada təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkə üçün bir nömrəli prioritetdir.

31 Mart dərsləri bizə öyrədir ki, güclü ordu, sarsılmaz dövlət və milli birlik olmadan xalqların taleyi faciələrlə nəticələnə bilər. Bu gün Azərbaycanın formalaşdırdığı regional sülh modeli məhz belə faciələrin bir daha təkrarlanmaması üçün qurulur.

Biz Ermənistanla sülhə, iqtisadi normalaşmaya və ticarət əlaqələrinin bərpasına can atsaq da, keçmişdə törədilən cinayətləri unutmuruq. Əksinə, gələcək sülhü keçmişin səhvləri üzərində deyil, tarixi həqiqətlərin etirafı və ədalətin bərqərar olması üzərində qurmalıyıq. Tədris ocaqlarında, məktəblərdə, gənclər arasında və beynəlxalq platformalarda 31 Mart həqiqətlərinin təbliği bizim mənəvi borcumuzdur. Gənc nəsil bilməlidir ki, müstəqilliyimiz hansı qurbanlar bahasına başa gəlib.

Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması fonunda Azərbaycanın bu tarixi dərslərdən çıxardığı nəticə budur: Güclü dövlət sülhün ən böyük zəmanətidir. 31 Mart soyqırımı qurbanlarının xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq və biz hər il bu tarixdə bir daha söz verəcəyik ki, bir daha heç vaxt!