“Teknofest Azərbaycan 2022” Türkiyə-Azərbaycan birliyinin bariz nümunəsidir

“Teknofest Azərbaycan 2022”  Türkiyə-Azərbaycan birliyinin bariz nümunəsidir

Nisə Fərəcova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu 232 nömrəli tam orta məktəbin direktoru

Bayraktar TB-2 və Akınçı PUA-larının ixtiraçısı Bayraktar şirkətinin texniki direktoru “Qarabağ” ordenli konstruktor Səlçuk Bayraktarın təşəbbüsü ilə Bakıda 26-29 may tarixlərində Aviasiya, Kosmik və Texnologiya festivalı - “Teknofest Azərbaycan 2022” keçirilmişdir.  Festivalda Azərbaycan və Türkiyənin müxtəlif nazirlikləri, təhsil müəssisələri, universitetlər, liseylər, aviasiya şirkətləri  və s. iştirak etmişdilər.

28 may Müstəqillik günündə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və Türkiyə Cumhuriyyətinin prezidenti cənab Rəcəb Tayyib Ərdoğan festivalda iştirak etmişlər.  Prezident İlham Əliyev  “Teknofest Azərbaycan” da çıxış etmiş və çox mühüm məqamlara toxunmuşdur. Yüz dörd il öncə müsəlman aləmində ilk demokratik cumhuriyyət qurulmuş, ömrü qısa olsa da Azərbaycan xalqının azad, müstəqil yaşama istəyinin çarçısı olmuşdur. Məhz bu istəyin nəticəsi olaraq 1990-cı ildə Azərbaycan xalqı öz müstəqilliyini bərpa etdi və 30 ildir ki, Azərbaycan xalqı azad yaşayır.

Türkiyə-Azərbaycan əlaqələrindən danışan Prezident İlham Əliyev bildirdi ki, biz 30 il ərzində Türkiyənin dəstəyini hər zaman hiss etdik, indi də hiss edirik. Bu birlik, qardaşlıq xalqlarımız üçün əsas yol xəritəsidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər möhkəm olacaqdır.

II Qarabağ müharibəsində Türkiyənin xalqımızın və dövlətimizin yanında olmasını xatırladan cənab Prezident bu dəstəyi heç vaxt unutmayacağımızı söylədi. Eyni zamanda bu dəstəyin  bir daha təkrarını 2021-ci il Zəfər paradında gördük, birliyimiz bundan sonra da olacaq, gücümüz günü-gündən artacaq deyə Prezident İlham Əliyev qeyd etdi.

Daha sonra cənab prezident Azərbaycan Türkiyə ilə müttəfiq edən “Şuşa Bəyanaməsi”ndən söz açdı. O, bildirdi ki, bu müttəfiqlik özünü hər yerdə - siyasətdə, iqtisadi əlaqələrdə, təhsildə, ordu quruculuğunda göstərir. Elə bu müttəfiqliyin bir parçası olan  4 günlük yüksək səviyyədə təşkil olunmuş “Teknofest Azərbaycan” da xalqımızın  birlik, qardaşlığı haqqında dünyaya çox böyük mesaj vermiş oldu ki, Türkiyə-Azərbaycan birliyi əbədidir.

Çıxışının sonunda cənab prezident Azərbaycan gənclərinə türk dünyasının böyük oğlulları, dünya şöhrətli alim Nobel mükafatı laureatı, Əziz Səncər Bayraktar  PUA-larının ixtiraçısı Səlçuk Bayraktarı nümunə göstərməklə bir daha Azərbaycan gəncliyinə nə qədər inandığını və dəyər verdiyini hiss etdirdi.

“Teknofest Azrəbaycan” bir ilkdir. İnanırıq ki, qarşıdakı illərdə bu cür möhtəşəm tədbirlərdə yenə də qazanan Azərbaycan xalqı, Azərbaycan gəncliyi və Azərbaycan iqtisadiyyatı olacaqdır.