Tarixi ədaləti sübuta yetirmiş Zəfər Qəhrəmanları
Hərbi parad deyəndə, gözümüzün önünə hər hansısa dövlətin hərbi texnikasının, ordusunun nümayişi gəlir. Uzun illər bizim də ölkəmizdə hər il hərbi parad keçirilmişdir. Belə paradlar adətən 26 iyun Azərbaycan Dövlətinin Silahlı Qüvvələri günündə keçirilir. Bu paradlarda dövlətimizin ordusunun, hərbi texnikasının möhtəşəmliyi nə qədər nümayiş olunsa da bir azərbaycanlı olaraq hər birimiz bu paradda bir niskillik hiss edirdik. Çünki, torpaqlarımızın 20 %-i düşmən tapdağı altında idi. Hər zaman siyasi liderimizə inamımızın güclü olmasından irəli gələn səbr nümayiş etdirirdik. Lakin bu parad keçirilən gündə bəlkə də bizlər hər birimiz, içimizdə ”axı niyə?” sualını verirdik.
Bizim Prezidentimiz, bu “axı niyə?” sualına 44 günlük İkinci Qarabağ müharibəsində cavab verdi: “Nəyi, necə nə vaxt etmək lazımdır, bunu mən bilirəm!”. Sanki, uzaqgörən siyasətçi, Müzəffər Ali Baş Komandan, ürəyimizdən keçən o niskilli sualı eşidirmiş.
44 Günlük müharibə və onun hər günü şanlı tariximizdir. Ulu Öndər Heydər Əliyev 20-ci və 21-ci əsrin Azərbaycan tarixinə, dahi şəxsiyyət kimi düşdüyü halda, 21-ci əsrin qəhrəmanlıq səlnaməsini 44 gün ərzində dövlətinin, millətinin xilaskarına çevrilən, onun siyasi varisi Müzəffər Ordunun Ali Baş Komandanı, Prezidentimiz İlham Əliyev oldu. Doğrudan da, özü dediyi kimi o xoşbəxt insandır ki, ata vəsiyyətinə əməl etdi.
Bu gün zəfərin rəmzi Şuşadır! Ermənilərin gücü çatmayacaq siyasətə qürrələnib “bizim tanklar Bakıya gələcək” təhdidinə yenə də cavab olaraq Ali Baş Komandanımız İlham Əliyev növbəti nidalı əmrini verdi. Belə ki, həmin tanklar doğrudan da, Bakıya gətirildi. Lakin məğlub olunmuş, dövlətin hərbi texnikası kimi.
Bütün bunların canlı şahidi olan bizlər, Prezident İlham Heydər oğlu sayəsində bu qüruru, sevinci və bu kövrək anları 10 dekabr 2020-ci il tarixdə görmüş olduq. Həmin bu tarixdə Bakıda zəfər paradı keçirildi və bu parad əvvəlkilərə bənzəmirdi. Çünki biz artıq, utanmırdıq. Biz qalib xalqıq. Bu qalibiyyəti bizə yaşadan, müharibə dövründə Prezidentin ətrafında birləşən və onun dəmir yumruğu olan xalq, bu xalqın içindən çıxan, otuz il qisas hissi ilə böyüyən mərd oğullarımız, güclü ordumuz, illərlə ənənəvi gündə paradlarda gördüyümüz güclü hərbi texnikamız və bu texnikanı neçə illər ərzində ərsəyə gətirməkdən ötrü güclü idarəetməsi və siyasəti olan, Prezident cənab İlham Əliyevdir.
Həmin bu paradda, nümayiş olunan düşmən tankları hal-hazırda Bakının mərkəzində yaradılmış, “Hərbi Qənimətlər Parkında” yerləşir. Uzun illər Azərbaycana qarşı olan Ermənistanın haqsız müharibəsi, torpaq davası, 2020-ci ilin 10 noyabr tarixində, qarşı tərəfin süqutu ilə bitdi. Belə ki, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Mənfur düşmən hər dövrdə olduğu kimi bu son müharibədə də, döyüş meydanında məğlubiyyətə uğrayarkən mülki əhaliyə qarşı amansız oldu. Lakin, düşmən lazımi cavabını alaraq susduruldu. Onların zamanında dedikləri nöqtəyə, “Qarabağ Azərbaycandır!” deyərək, Prezidentim və güclü ordumuz tərəfindən nida qoyuldu. Elə o nidanı yüksək kürsüdən bəyan edən gün Prezidentimin torpaqlarımızı tezliklə işğaldan azad etməsinin, bir Aazərbaycanlı qızı olaraq, çox yaxında olduğunu hiss edirdim. Çünki onun çıxışlarına diqqətlə qulaq asan mən, cümlələrin xronologiyasına fikir verərkən, hər zaman dediyi söz yadıma düşürdü: ”Bizim sözümüz imzamız qədər keçərlidir!”.
10 dekabr 2020-ci il Bakı şəhərinin mərkəzində, Azadlıq meydanında keçirilmiş Zəfər paradında isə iki qardaş ölkənin Prezidentləri cənab Rəcəb Təyyib Ərdoğan və bizim Prezidentimiz cənab İlham Əliyevin paradı birgə qəbul etməsi bütün dünyaya və beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi. Onlar hər ikisi tarixi ədalətin bərqərar olmağını sübuta yetirmiş, Zəfər paradının qəhrəmanlarıdırlar.