Tarixi ədalət öz yerini tapdı

Tarixi ədalət öz yerini tapdı
Sevinc Hüseynova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 278 nömrəli tam orta məktəbin direktoru

2024-cü il yanvarın 10-da Prezidentimizin yerli televiziya kanallarına verdiyi müsahibə zamanı 1993-2003-cü il reallıqlarına bir daha nəzər yetirildi. 1993-cü ildən dövlətçilik prinsipləri bərqərar olundu,xalq-iqtidar birliyi önəmli bir amilə çevrildi. İndi Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır.

Azərbaycan müharibəni qələbə ilə başa çatdırdı. Tarixi ədalət öz yerini tapdı. Azərbaycan indi öz əzəli torpaqlarında quruculuq işləri aparır. 2023-cü il sentyabr-oktyabr hadisələri Azərbaycanın tam bərpa olunması demək idi. Xankəndidə, Xocalıda bayrağımızın qaldırılması isə ədalətin tam bərpası idi,zəfərimizin son nöqtəsi idi.

Müsahibədə Prezidentimiz “Laçın” sərhəd buraxılış məntəqəsinin yaradılmasından, bunun nə qədər əhəmiyyətli olmasından danışdı. Fransanın Azərbaycan dövlətinə qarşı separatçı siyasəti pislənildi. Bu gün Ermənistanı silahlandıran, onların hərbçilərini növbəti müharibəyə hazırlayan Fransadır.

Zəngəzur dəhlizinə gəldikdə isə ən düzgün yol Mehri ərazisindədir. Həm dəmir yolu, həm də avtomobil yolu buradan keçməlidir. Əks halda, əgər Ermənistan buna razı olmasa əbədi dalan kimi qalacaq və biz Ermənistana heç bir başqa yerdə sərhədimizi açmaq fikrində olmayacağıq.

Qarabağda quruculuq işləri davam edir. Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin bərpasına start verilib. 2026-cı ilin sonuna qədər 140 min köçkün öz dədə-baba torpaqlarına qaytarılacaq. Bu müsahibədə Prezidentimiz qardaş dövlətlərin bizə olan köməyindən,apardıqları bərpa –quruculuq işlərindən də danışdı.

Azərbaycan dövləti hərb meydanı ilə yanaşıdiplomatikideoloji sahədə də mübarizə apardı və qalib çıxdı. Dünya dövlətlərinin ermənipərəst açıqlamaları,təzyiqləri,sanksiyaları bizi haqq işimizdən döndərə bilmədi. Əksinə xalq öz Prezidentinin ətrafında sıx “Dəmir yumruq” kimi birləşərək Azərbaycan xalqının nə qədər mərd,əzmkar,qürurlu xalq olduğunu bütün dünyaya nümayiş etdirdi