TAP vasitəsilə Azərbaycan qazı İtaliyaya uğurla ixrac edilmişdir

30.09.2025 ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya prezidenti Sercio Matarella arasında növbəti görüş iki dövlət arasında iqtisadi, mədəni və təhsil sahəsində əlaqələri inkişaf etdirmək, yeni layihələri və planları həyata keçirmək yolunda uğurlu bir addım idi. Bu görüş illər öncə baş tutmuş, əvvəlki görüşlərdən bəzi yenilikləri ilə fərqlənirdi.
İllər əvvəl energetika sahəsində baş tutmuş statistik görüşlər və bu əməkdaşlığın bu gündə davam etməsi hər iki dövlərin böyük və danılmaz uğurlu siyasətidir. Energetika sahəsində Trans-Adriatik qaz layihəsinin həyata keçirilməsində İtaliya prezidenti S. Matarellanın şəxsi dəstəyi olmuş, bu yolda meydana çıxan çətinliklər aradan qaldırmışdır. Beləliklə TAP vasitəsilə Azərbaycan qazı İtaliyaya uğurla ixrac edilmişdir.
Həmçinin, elektrik enerjisi sahəsində də yeni layihə həyata keçirilmiş və bu layihəyə əsasən Xəzər sularının dibi ilə Asiya Avropa arasında elektrik xətlərinin ötürülməsi planlaşdırılmışdır. Elektrik sahəsində atılmış bu addım İtaliya və Azərbaycan əməkdaşlığında yeni mərhələdir.
İtaliya və Azərbaycan dövlətlərinin prezidentləri mədəniyyət və təhsil sahələrini də unutmadılar. İtaliya və Azərbaycan tələbələrinin inkişaf strategiyası ən mühüm və vacib məsələ kimi vurğulandı. Bu görüşün ən önəmli, təqdirəlayiq tərəflərindən biri də İtaliya-Azərbaycan Universitetinin açılması oldu. Prezidentlər İtaliya-Azərbaycan universitetinin açılışında iştirak etdilər. Bu hər iki tərəfin tələbələri arasında dostluq və ınkişafı təmin edəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu, yüksək səviyyəli liderlik məharəti ölkəmizin xarici dövlətlərlə əməkdaşlığına və inkişafına aparan qudrətli siyasətdir.