Şəhid Qoşqar Aslanovun il mərasimi ilə bağlı məzarı ziyarət olunub

Şəhid Qoşqar Aslanovun il mərasimi ilə bağlı məzarı ziyarət olunub

7 avqust 2025-ci il tarixdə Şəhid Qoşqar Aslanovun şəhidlik zirvəsinə ucalmasından bir il vaxt keçib. Bununla əlaqədar  YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov, Zığ bələdiyyəsinin sədri Arzu Aslanova, Yeni Suraxanı bələdiyyəsinin sədri Həqiqət Məmmədova, Hövsan bələdiyyəsinin sədri Seymur Rəsulov, digər rəsmi şəxslər, bir qrup şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri Yeni Suraxanı qəsəbəsi Şəhidlər Xiyabanında şəhidin məzarı ziyarət edərək xatirəsini ehtiramla anıblar. Şəhidin məzarı üzərinə gül dəstələri düzüblər və ruhuna dualar oxunub.