Şəhid polkovnik-leytenant Rəşad Quliyev anım günündə ehtiramla yad edilib

7 oktyabr 2025-ci il tarixdə Vətən Müharibəsinin şəhidi Polkovnik-leytenant Quliyev Rəşad Rəşid oğlu anım günündə ehtiramla yad edilib. Şəhidin anım günü ilə əlaqədar mərasim iştirakçıları Hərbi Memorial Məzarlıqda Şəhidimizin əbədi istiragətgahını ziyarət etmiş, dualar oxumuş və məzarı üstünə tər güllər düzmüşlər.
Mərasimdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Milli Məclisin deputatları, digər rəsmi şəxslər, şəhid ailələri, qazilər, sakinlər və şəhidin doğmaları iştirak ediblər.