Şəhid pilot Murad Məmmədovun qızı Lalənin doğum günü qeyd olunub
15 iyul Şəhid pilot Məmmədov Murad Yaşar oğlunun qızı Lalənin 11 yaşının tamam olduğu tarixdir. Doğum günü ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və bir qrup rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailə üzvləri ailəni ziyarət etmiş, qayğıları ilə maraqlanmışlar. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov təşkilatın çoxminli üzvləri adından doğum gününü qeyd edən Şəhid qızı Laləni təbrik edərək, ona hədiyyələr təqdim etmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.