Şəhid Orxan Qəhrəmanova həsr edilmiş “Əbədi yaşayanlar” adlı tədbir keçirilmişdir.

Şəhid Orxan Qəhrəmanova həsr edilmiş “Əbədi yaşayanlar” adlı tədbir keçirilmişdir.
25 oktyabr 2024-cü il tarixində Suraxanı rayon Heydər Əliyev Mərkəzində Şəhid Orxan Qəhrəmanova həsr edilmiş “Əbədi yaşayanlar” adlı tədbir keçirilmişdir. Tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov, YAP Suraxanı rayon Təşkilatının sədr müavini Salman Əbdülov, Şəhid Ailələrinin Müdaifə Cəmiyyətinin Suraxanı rayon şöbəsinin sədri Nəsibə Əliyeva, 104 saylı tam orta məktəbin direktoru Kərəm Mehdiyev və 213 saylı məktəb-liseyin Uşaq Təşkilatının Rəhbəri Mömünə Şahvələtqızı, şəhid Orxanın ailə üzvləri, qohumları, həmçinin şəhidin məzun olduğu 104 saylı tam orta məktəbin, 114,154 və 84 saylı tam orta məktəblərinin müəllim və şagirdləri iştirak etmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin sükutla yad edilməsi ilə başlamışdır. Şəhid Orxan Qəhramanova həsr edilmiş qısametrajlı film nümayiş olundu.
Tədbirdə şəhidin anası Arzu Qəhrəmanova 4 ildir şəhidlik zirvəsinə ucalmış oğlu Orxanla olan xatirələrini, döyüşdə göstərdiyi qəhrəmanlıqlarını ehtiramla yad etdi. Dövlətimizin və millətimizin Vətən müharibəsi şəhidlərinə və qazilərə göstərdiyi diqqət və qayğıdan danışaraq təşəkkürünü bildirdi. YAP Suraxanı rayon Təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov,  104 saylı tam orta məktəbin direktoru Kərəm Mehdiyev və 213 saylı məktəb-liseyin Uşaq Təşkilatının Rəhbəri Mömünə Şahvələtqızı ötən 30 illik dövr ərzində işğalla barışmayan və ərazi bütövlüyünü bərpa etmək üçün sarsılmaz əzm göstərən Azərbaycan xalqından, Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişən, formalaşan vətənpərvər gənclərin qəhrəmanlıq dastanlarından və Vətənini qorumaq üçün canını fəda etmiş gənclərdən biri olan Şəhid Orxan Qəhrəmanovun şücaətindən danışdılar. Ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyinin xeyli güclənməsi, nüfuzunun artması və hərbi, siyasi iradəsi diqqətə çatdırıldı.
Tədbirin bədii hissəsində 104 saylı məktəbin şagirdləri kompozisiya ilə çıxış etdilər, iştirakçılar Ümummili Lider Heydər Əliyevin zəngin ekspozisiyası ilə tanış oldular.