Şəhid Leytenant Samir Əliyev şəhadətinin ikinci ildönümündə ehtiramla yad edilib

Şəhid Leytenant Samir Əliyev şəhadətinin ikinci ildönümündə ehtiramla yad edilib
Bu gün, oktyabrın 15-i torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşən leytenant Əliyev Samir Əliheydər oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 2 il ötür.
Anım günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, Şəhid valideynləri və rayon ictimaiyyəti Şəhidin II Fəxri Xiyabanda məzarını ziyarət edib, önünə gül dəstələri düzərək dualar oxuyub, ruhunu böyük ehtiramla anıblar. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tətbirdən sonra ehsan süfrəsi açılıb.