Şəhid İslam Əlizadə anım günündə ehtiramla yad edilib
15 noyabr 2025-ci il tarixdə 44 günlük Vətən Müharibəsində yaralanmış qazi, daha sonra aldığı yaralardan şəhid olmuş Əlizadə İslam Dursun oğlunun vəfatından 4 il keçir. Şəhid Əlizadə İslam Dursun oğlu anım günü ilə əlaqədar Zığ qəsəbəsi Dədə Qorqud yaşayış sahəsində yerləşən Şəhidlər Xiyabanda ehtiramla yad edilib.
Mərasimdə YAP Suraxanı Rayon Təşkilatının sədr müavini Salman Əbdülöv, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov, digər rəsmi şəxslər, şəhid ailələri iştirak ediblər. Şəhidin ailəsi göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına dərin minnətdarlığını bildirib.