Şuşa Qlobal Media Forumundan müsəlman ölkələri arasında həmrəyliyə güclü dəstək

Şuşa Qlobal Media Forumundan müsəlman ölkələri arasında həmrəyliyə güclü dəstək

Aynurə Həsənova

YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 84 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi

2026-cı il 13-14 iyul tarixlərində Azərbaycan Respublikasında Şuşa şəhərində “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda 4-cü Şuşa Qlobal Media Forum keçirilmişdir.Burada demək olar ki,dünyanın hər tərəfindən media nümayəndələri iştirak edirdi.Cənab İlham Əliev ona ünvanlanan  bütün sualları həm itisadi ,həm siysasi  baxımdan yüksək səviyyədə  cavablandırırdı.Burada İordaniyalı media nümayəndəsinin verdiyi suala cavabı xüsusi qeyd etmək istəyirəm.

Dövlətimizin başçısının İordaniya Kralı II Abdullahın Yaxın Şərqdə sülh təşəbbüslərinə verdiyi dəstəyi yüksək qiymətləndirməsi, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığa verdiyi önəm, Azərbaycan-İordaniya və Azərbaycan-Misir münasibətlərinin inkişafı, regional nəqliyyat və bağlantı imkanlarının genişləndirilməsi, eləcə də medianın sülhün təşviqi, dezinformasiyaya qarşı mübarizə və süni intellekt dövründə üzərinə düşən missiya xüsusi vurğulanıb. Bu cavab sanki,1991 ci ildən üzvü olduğumuz İslam Əməkdaşlıq Təşkilatının qısa xronologiyasıdır. Bu qurum 1969-cu ildə yaranıb və müstəqil olduqdan sonra daxil olduğumuz ilk beynəlxalq təşkilatdır.Ulu öndər Heydər Əliyevi də daim bu təşkilatla sıx əməkdaşlıq  etmişdir

2017-ci ildə ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilmiş və bu il çərçivəsində bir sıra tədbirlər həyata keçirilmişdir. 2017-ci ildə Azərbaycan İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 dekabr 2017-ci il tarixli və 10 yanvar 2018-ci il tarixli sərəncamları ilə İƏT və Qoşulmama Hərəkatına üzv ölkələrin tələbələri üçün öz təhsillərini Azərbaycanın aparıcı ali təhsil müəssisələrində davam etdirməyə təqaüd ayrılmışdır.Cənab İlham Əliyev hər zaman müsəlman olkələri ilə iqtisadi ,siyasi və mədəni əlaqələrə önəm vermişdir.

2027-ci ildə  İslam ölkələrinin  Zirvə konfransnını XVI sessiyası  Azərbaycanda keçiriləcək və eyni zamanda İƏT-na sədirlik edəcək.Bu cənab İlham Əlievi uğurlu xarici siyasətinin bir hissəsidir və bizdə bu siyasəti dəstəkləyirik.