Şahvələd Əhmədov
Yeni Azərbaycan Partiyasının təəssübkeşi
Suraxanı rayonu, 285 saylı tam orta məktəbin tarix müəllimi
Təkcə 44 günlük Vətən müharibəsi dövründə deyil, müharibədən sonrakı aylarda da Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri yüksələn xətlə inkişaf etməkdədir. Ölkə başçısı cənab İlham Əliyevin vurğuladığı kimi, ”İki dövlət arasında bu cür səmimi münasibətlər dünyada nadir rast gəlinən münasibətlərdəndir”. 2021 –ci ilin iyunun 15-də Azərbaycan Prezidentinin dəvəti ilə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycanın mədəniyyəti mərkəzi elan edilmiş Şuşa şəhəri baş tutdu. Şuşaya edilən bu səfərin, iki dost və qardaş ölkə başçılarının məhz burda-Qarabağın “üzük qaşı”nda görüşməsinin böyük rəmzi mənası var.
İki dost və qardaş ölkə arasında imzalanmış bütün beynalxalq sənədlərə, bir daha təsdiq edərək, 9 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqaviləni“ və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasinda əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokolu”, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublıkası və Türkiyə Respublikası arasinda strateji tərəfdaşlıq və qarşılıqlı yaradım haqqınada Müqaviləni” rəhbər tutaraq, İki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıqdan çıxış edərək, Azərbaycan Respublıkası və Türkiyə respublikası arasındakı münasibətlərin kefiyyətcə yeni, müttəfliqlik səviyyəsinə qaldırılmasının iki ölkə və onların xalqlarının maraq və mənafelərinə xidmət etdiyini göstərir. Bu müqavilə umumi maraqların qorunmasında hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsinin mühüm əhəmiyyətini kəsb edir. Beynəlxalq hüququn prinsip və normalarına, o cümlədən də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə səylərin davam etdirilməsinin vacibliyini göstərir.
Müştərək maraq kəs edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin zəruriliyini ifadə edir. Azərbaycan Respublikasının və Türkiyə Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə ikitərəfli və çoxtərəfli formatlatda həmrəylik və qarşılıqlı yardım prinsiplərindən çıxış edir. Türk dünyasının davamlı inkişafına yönəlmiş qarşılıqlı fəaliyyətlərin regional və beynəlxalq müstəvilərdə irəli aparılmasında səyləri birləşdirir.
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “bir millət, iki dövlət “ ifadələrinin xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirir. Tərəflər iki dost və qardaş ölkə arasında strateji səviyyədə inkişaf edən münasibətlərin durumunundan məmnunluq ifadə edir. Tərəflər fəxarət hissi ilə bildirirlər ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ərazində qələbə qazanaraq Ermənistanın 30 ildən bəri davam edən təcavüzkar siyasətinə son qoydu.
Azərbaycan Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqlarina azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyə Respublikasının mənəvi-siyasi dəstəyini aldı. Tərəflər Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəklər. Azərbaycan Respublikası və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq və bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respubilkası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərinə əhəmiyyətini vurğulayırlar.
Tərəflər öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirirlər. Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. İki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam edəcəklər.
İki dövlət arasında inkişaf etdirilən və onların milli maraqlarına cavab verən hərbi–siyasi əməkdaşlıq üçüncü dövlətlərə qarşı yönəlməmişdir. Tərəflər kibertəhlükəsizlik sahəsinədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vurğulayırlar. Tərəflər regionun və Avropanın enerji təhlükəsizliyinə töhfə verən, təbii qaz mənbə və marşrut saxələndirilməsini təmin edən strateji Cənub Qaz Dəhlizinin həyata keçirilməsinədə Azərbaycan və Türkiyənin qabaqcıl rolunu vurğulayırlar. İki ölkənin ərazisindən kecən Şərq-Qərb Orta beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabliyyətinin artırılması məqsədilə qarşılıqlı əməkdaşlığı möhkəmləndirəcəklər.
Müxtəlif ölkələrdə yaşayan Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, onların məruz qaldıqları ümumi problemlər qarşısında birlikdə addımlar atılması və ardıcıl həmrəylik göstərilməsi məqsədilə səylərini birləşdirir. Parlamentlərarası əməkdaşlığın daha da güclənməsini və bu istiqamətdə qarşılıqlı fəliyyətin artırılmasını təsvir edirlər. Şuşada imzalanan birgə Bəyannamə Ermənistanda hələ də revanş almaq barədə düşünən sərsəm düşüncə sahiblərinə və onların havadarlarına böyük bir mesaj oldu. Şuşa Bəyannaməsi hər iki ölkənin vahid hərbi-siyasi mövqedən çıxış etməsini, ölkələrimizin ərazi bütövlüyünə təhdid və təhlükə yaranarsa, qarşılıqlı hərbi yardımları özündə əks etdirən vacib sənəd oldu. Şuşa Bəyannaməsi iki dost və qardaş ölkə arasında münasibətlərin ən yüksək səviyyəyə çatdırılmasını təmin edir, həmçinin regionda sülhün və sabitliyin bərpa edilməsini, Qafqaz dövlətləri arasında əməkdaşlığın vacibliyini vurğulayır.