8 NOYABR xalqımız hər il təntənə ilə qeyd edir

8 NOYABR xalqımız hər il təntənə ilə qeyd edir

Svetlana Əliyeva

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 89 nömrəli tam orta məktəbin direktor müavini

Vaxtı ilə ölkəmin ağır günlərini yaşayarkən Ulu öndər Heydər Əliyev Milli Məclisin tarixi iclasında demişdir: “ Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətin tam məsuliyyətlə dərk edirəm. Azərbaycan xalqının tarixi nailiyyətini, Azərbaycan Respublikasının dövlət mustəqilliyini qorumağı möhkəmləndirməyi , inkişaf etdirməyi özunun əsas vəzifələrindən biri hesab edirəm...”

Millətimin xilaskarı olan Heydər Əliyevin ağıllı siyasəti nəticəsində Azərbaycan müstəqilliyini itirmədi , dünya səviyyəsində sayılıb-seçilən möhtəşəm bir dövlət oldu. Bu kursun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandan İlham Əliyev ele bir uğurlara imza atdı və bütün dünyanı heyrətdə qoydu. Beləliklə , Azərbaycan xalqı tarixi qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı. Uzun illərdən bəri işğal altında olan tarixi torpaqlarımız azad olundu. Prezidentimizin müdrik ağıllı siyasəti tarixi qələbəmizi təmin etdi.

44 günlük müharibə möhtəşəm qələbəmizlə sonlandı. Mənfur düşmən məğlubiyyəti qəbul etmək istəmir, hətta mülki vətandaşlarımızı ərazimizdə hədəfə alırdı. Bu dəhşətli hadisələr bütün dünyanı sarsıtsa da , xalqımın döyüş ruhunu, birliyini, iradəsini sındırmadı. Daha əzimlə Ali Baş Komandanı, şanlı ordumuzu dəstəklədi.

Ali Baş Komandan və rəşadətli Ordumuz tarixi torpaqlarımızı, işğaldan azad edərək  Böyük Zəfərimizi tarixin səhifələrinə qızıl hərflərlə həkk etdi. Bir daha 44 günlük müharibədə sübut olundu ki , biz məğlubedilməz, qalib xalqıq.Artıq bu gun – 8 NOYABR xalqımız hər il təntənə ilə qeyd edir. 44 günlük müharibəmiz dünya hərb tarixində misli görünməmiş savaş kimi düşdü.

Xalqım bu gün cox qürurludur. Bütün bunlar üçün şanlı Ordumuza və Ata vəsiyyətini layiqincə yerinə yetirən Ali Baş Komandan İlham Əliyevə minnətdarıq.