Şəhid Tahir Qasımzadə anım günündə ehtiramla yad edilib

Şəhid Tahir Qasımzadə anım günündə ehtiramla yad edilib

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Şəhid Qasımzadə Tahir Sərdar oğlunun doğum günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov, YAP Suraxanı rayon təşkilatının məsul əməkdaşı Fərəh Məcidzadə,  Zığ QİƏD üzrə nümayəndə Rəşad Mürşidov və digər şəxslər, şəhid ailə üzvləri Bakıxanov qəsəbəsinin Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi yad edilib, ruhlarına dualar oxunub.

YAP Suraxanı rayon təşkilatının məsul əməkdaşı çıxış edərək Fərəh Məcidzadə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun salamlarını və dərin hüznlə başsağlığını diqqətə çatdırdı. Daha sonra o, qeyd etdi ki, Azərbaycan dövləti və xalqı yaşadıqca, şəhidlər də daima yaşayacaqlar.