Dilarə Seyidova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 97 nömrəli məktəbin təşkilatçısı
Bu bir tarixi reallıqdır ki, dərin tarixi köklərə dayanan Azərbaycan Türkiyə əlaqələri türk dünyası üçün böyük əhəmiyyət kəsb edir,
türkdilli dövlətlər arasında münasibətlərin inkişafına güclü təkan verir. Ona görə ki, Türkiyə dövləti dünyanın iqtisadi və siyasi, həmçinin digər sahələri üzrə inkişaf etmiş ölkələri sırasındadır. Eyni zamanda, Azərbaycan dövləti iqtisadiyyatının inkişaf sürətinə, həyata keçirilən islahatlarına görə regionun lider dövlətinə çevrilib.
Ulu öndər Heydər Əliyev “Biz bir millət, iki dövlətik” müdrik kəlamı ilə Türkiyə-Azərbaycan dostluq və qardaşlıq simgəsinin möhrünü vurub, bu şüarı hər iki dövlətin vətəndaşlarının dilinin əzbərinə çeviribdir. Ulu öndərinn layiqli davamçısı olan cənab prezident İlham Əliyev öz siyasi xəttində Türkiyə ilə münasibətlərə xüsusi önəm verir. Cənab prezident İlham Əliyev “Bizim Türkiyə ilə qardaşlıq əlaqələrimiz dayanaqlıdır və reallaşdırılan layihələr bunu təsdiqləyir: aramızdakı qardaşlıq, dostluq əbədi olacaq, XXI əsr - türk dünyasının əsri olacaq” cümləsini işlətməklə, türkün birliyini, diriliyini dünyaya bəyan etdi. Beləliklə Türkiyə Respublikasının qurucusu olan Mustafa Kamal Atatürkün “ Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” fikri öz təsdiqini bir daha tapdı.
Azərbaycan Respublikasının prezidentı İlham Əliyev və Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci ilin iyun ayının 15-də Azərbaycanın və bütövlükdə Türk dünyasının mədəniyyət beşiyi olan Şuşa şəhərində hər iki dövlət arasında müttəfiqlik münasibətləri haqqında “Şuşa Bəyannaməsi” imzaladılar. Əsas məqsəd hər iki dövlətin qüvvəsini birləşdirərək regional və beynəlxalq müstəvidə ədalətin, haqqın bərqərar olmasına, qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasında birgı fəaliyyət göstərmək, milli maraqlara söykənən məsələlərdə həmrəylik nümayiş etdirməkdir. Şuşa Bəyannaməsi hazırlanarkən iki dost və qardaş ölkə arasında 1921-ci il 13 oktyabr tarixində imzalanmış Qars müqaviləsinə sadiqlik, 1994-cü il 9 fevral tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasınada dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə” və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq qarşılıqlı yardım haqqında Pratakol”u, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”ni, həmçinin, Beynəlxalq hüququn prinsip və normalarını rəhbər tutmuşdur.
Tərəflər 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistanın 30 ildən bəri davam edən təcavüzkar siyasəti sahəsində düşmən tapdağı altında olan Azərbaycan torpaqlarının azad olmasından, Azərbaycanın ərazı bütövlüyünün bərpa edilməsindən, bu işdə Türkiyə Respublikasının maddı və mənəvi dəstəyindən fəxr hissi keçirərək, işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərində sıx əməkdaşlıq edəcəklərindən söhbət açmışdılar.Tanrıya şükürlər olsun ki, bu gün təcavüzkar Ermənistanın, onun quldur dəstələrinin viran qoyub, talan etdikləri əbədi və əzəlı Azərbaycan torpaqlaqı gülüstana dönür, xalqımız öz ata-baba torpaqlarına geri dönürlər. “Şuşa Bəyannaməsi”nin öhdəlikləri laiqincə yerinə yetirilir. Xüsusilə də böyük geosiyasi iqtisadi əhəmiyyətə malik olan Zəngəzur dəhlizinin açılması layihəsi olduqca əhəmiyyətlidir. Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz sayəsində Türkiyə ilə Azərbaycanı dəmiryol və avtomobil yolu birləşdirəcək.
Şuşa Bəyannaməsi imzalanarkən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq deyib: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb.Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur.Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”
Bəli, XXI əsr- türk dünyasının əsri olacaq.
Yaşasın, türk dünyasının birliyi!