Suraxanı rayonunda YAP üzvləri ilə görüşlər uğurla davam edir
3 mart 2026- cı il tarixdə YAP Suraxanı rayon təşkilatının inzibati binasında Suraxanı rayonunda yerləşən uşaq bağçaları və körpələr evlərinin YAP üzvü olan rəhbər şəxsləri ilə görüş keçirilmişdir. Yerli təşkilatın sədr müavini Salman Əbdülovun və aparatın məsul əməkdaşlarının iştirakı ilə keçirilmiş görüşdə ƏPT-lərdə ideoloji işin gücləndirilməsi və səmərəliliyin artırılması, tədbirlər planı və iş planına müvafiq olaraq görülmüş işlər, yerli təşkilatın təlimatlarının icrası, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat-uçot işlərinin operativ və səmərəli aparılması, ideoloji işin məqsədyönlü qurulması, KİV-lərdə və sosial şəbəkələrdə aktivliyin təmin olunması, çıxışların edilməsi, müxtəlif mövzularda fikir mübadiləsinin aparılması, gənclərin ictimai – siyasi həyatda rolu, onların fəallığı, fəaliyyətin davamlılığı və digər vacib mövzularda YAP üzvləri ilə cari vəziyyət müzakirə edilmişdir.
YAP Suraxanı rayon təşkilatının Suraxanı rayonunda yerləşən uşaq bağçaları və körpələr evlərində fəaliyyət göstərən Ərazi partiya təşkilatlarının sədrləri və ƏPT-lərdə təmsil olunan rəhbər şəxslər çıxış edərək bildirdilər ki, bundan sonra da doğma partiya olan YAP-ın dövlətçiliyin ictimai-siyasi müdafiəsi istiqamətində gördüyü bütün işlərdə öz dəstəklərini əsirgəməyəcəklər.
Sonda yerli təşkilatın sədr müavini Salman Əbdülov YAP üzvləri qarşısında çıxış edərək demişdir ki, Suraxanı rayonunda yerləşən uşaq bağçaları və körpələr evlərində fəaliyyət göstərən Ərazi partiya təşkilatlarının üzvləri öz fəallıqları ilə rayonun ictimai-siyasi həyatında müsbət mənada fərqlənməyi bacarmışlar. Salman Əbdülov ölkənin əldə etdiyi uğurlara və bu uğurların qorunub saxlanması naminə vətəndaşların həmrəylik məsələsinə toxunaraq demişdir ki, hər bir YAP üzvü öz ölkəsinin inkişafı naminə ölkə Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin ətrafında sıx birləşməlidir.
Yerli təşkilatın sədr müavini eyni zamanda YAP Suraxanı rayon təşkilatının fəallarının dövrü mətbuatda və sosial şəbəkələrdə aktivliklərinin artırılması, təbliğat işinin gücləndirilməsi, ƏPT-lərdə üzvlərin, xüsusilə gənclərin fəallıqlarının artırılması, onların keçirilən tədbirlərdə iştiraklarının təmin olunması barədə ətraflı çıxış edərək öz tapşırıq və tövsiyyələrini görüş iştirakçılarının diqqətinə çatdırdı.