Suraxanı rayonunda YAP üzvləri ilə görüşlər uğurla davam edir
YAP Suraxanı rayon təşkilatının Hövsan qəsəbəsi Elçin Məmmədov küçəsi 49 (281 nömrəli tam orta məktəb) ünvanında yerləşən ərazi partiya təşkilatında yerli təşkilatın sədri Vüqar Seyidov, sədr müavini Salman Əbdülovun iştirakı ilə görüş keçirilmişdir.
İclasa sədrlik edən 281 nömrəli tam orta məktəbin direktoru Dadaş Əliyev YAP üzvlərini salamlayaraq iclası açıq elan etdikdən sonra təmsil olunduqları qurumun ümumi fəaliyyəti, təhsil sahəsində son illər ərzində aparılan islahatlar, müəllimlərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan, əldə olunan uğurlar və nailiyyətlər haqqında məlumat verdi.
ƏPT sədri Aqşin Kazımov çıxış edərək ƏPT-də ideoloji işin gücləndirilməsi və səmərəliliyin artırılması ilə əlaqədar olaraq tədbirlər planı və iş planına müvafiq olaraq görülmüş işlər haqqında məlumat verdi. A.Kazımov yerli təşkilatın təlimatlarının icrası, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat-uçot işlərinin operativ və səmərəli aparılması, ideoloji işin məqsədyönlü qurulması ilə bağlı geniş məlumat verdi.
YAP üzvü Hacıbala Abdullayev Azərbaycan cəmiyyətində baş verən hadisələrə, ictimai-siyasi proseslərə öz münasibətlərini bildirərək müntəzəm olaraq ölkəmizin inkişafı və uğurları barədə KİV-lərdə və sosial şəbəkələrdə aktivliyin təmin olunması və çıxışların edilməsi, müxtəlif mövzularda fikir mübadiləsinin aparılması ilə bağlı görülən iş haqqında məlumat verdi.
YAP üzvü Zeynəb Əlizadə sosial şəbəkələrdə və dövrü mətbuatda partiya üzvlərinin fəallıqlarının artırılması, təmsil olunduqları peşə sahələrində aparılan islahatlar, yeniliklər haqqında, o cümlədən gənclərin ictimai – siyasi həyatda rolu, onların fəallığı, ölkənin siyasi həyatında partiyaların rolu haqqında çıxış etdi.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov YAP üzvləri qarşısında ƏPT-lərdə ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması, Ulu Öndər Heydər Əliyev siyasi irsinin öyrənilməsi, onun dövlətçilik ənənələrinin təbliği, Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin fəaliyyətinin əhaliyə operativ, düzgün və əhatəli formada çatdırılmasının təşkili, YAP Suraxanı rayon təşkilatının maliyyə - uçot işinin təkmilləşdirilməsi, YAP Suraxanı rayon təşkilatının fəallarının dövrü mətbuatda və sosial şəbəkələrdə aktivliklərinin artırılması, təbliğat işinin gücləndirilməsi, ƏPT-lərdə üzvlərin, xüsusilə gənclərin fəallıqlarının artırılması, onların keçirilən tədbirlərdə iştiraklarının təmin olunması barədə ətraflı çıxış edərək öz tapşırıq və tövsiyyələrini görüş iştirakçılarının diqqətinə çatdırdı.