Suraxanı rayonunda YAP üzvləri ilə görüşlər uğurla davam edir
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev də, öz növbəsində partiya üzvlərini salamlamış və 7 fevral növbədənkənar prezident seçkilərində əldə olunmuş qələbə münasibəti ilə YAP üzvlərini təbrik etmişdir. Yerli təşkilatın məsləhətçisi vurğulamışdır ki, andiçmə mərasimində çıxışı zamanı ölkə başçısı, YAP-ın sədri cənab İlham Əliyev yeni dövrün yeni meyyarlarını, yeni yol xəritəsini açıqlamışdır. Hər bir ölkəsini, Vətənini sevən vətənpərvər bundan sonra da öz rəhbərinin ətrafında sıx birləşərək əldə olunmuş zəfərlərin davam etməsinə, islahatların uğurla keçirilməsinə öz töhfəsini verməlidir. Bu yolda hər bir YAP üzvünün böyük əzmlə çalışmalı olduğunu vurğulayan Ənvər Haqverdiyev Zığ qəsəbəsi, Zığ şossesi Yataxana 1 ünvanında yerləşən ərazi partiya təşkilatına fəaliyyətində uğurlar arzulamışdır.
YAP Suraxanı rayon təşkilatının əməkdaşı Dilarə Əzizova YAP üzvləri qarşısında ƏPT-lərdə ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması, Ulu Öndər Heydər Əliyev siyasi irsinin öyrənilməsi, onun dövlətçilik ənənələrinin təbliği, Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin fəaliyyətinin əhaliyə operativ, düzgün və əhatəli formada çatdırılmasının təşkili, YAP Suraxanı rayon təşkilatının maliyyə - uçot işinin təkmilləşdirilməsi, YAP Suraxanı rayon təşkilatının fəallarının dövrü mətbuatda və sosial şəbəkələrdə aktivliklərinin artırılması, təbliğat işinin gücləndirilməsi, ƏPT-lərdə üzvlərin, xüsusilə gənclərin fəallıqlarının artırılması, onların keçirilən tədbirlərdə iştiraklarının təmin olunması barədə ətraflı çıxış edərək öz tapşırıq və tövsiyyələrini görüş iştirakçılarının diqqətinə çatdırdı.