Suraxanı rayonunda Vətən müharibəsi şəhidi Elçin İsmayılovun anım günü qeyd olunub

Suraxanı rayonunda Vətən müharibəsi şəhidi Elçin İsmayılovun anım günü qeyd olunub

09 oktyabr şəhid kapitan İsmayılov Elçin Mübariz oğlunun şəhadətinin ikinci ildönümüdür. Şəhidimizin anım günü ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digər rəsmi şəxslər ailəsini ziyarət etmiş, ailənin cari qayğıları ilə maraqlanmışlar.

Şəhid kapitan İsmayılov Elçin Mübariz oğlunun Qaraçuxur qəsəbəsi Yeni Günəşli yaşayış sahəsində yerləşən bulaq – abidə kompleksi rayon ictimaiyyətinin nümayəndələri tərəfindən ziyarət edilmiş üzərinə güllər düzülmüş və dualar oxunmuşdur.

Şəhidin anım günündə qəhrəman vətən övladlarına və onların ailələrinə qayğı göstərməyə cəmiyyətimizin daima borclu  olduğunu ifadə edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən bütün şəhidlərimiz kimi kapitan İsmayılov Elçin Mübariz oğlunun da xatirəsinin əziz tutulduğunu vurğulamışdır. Yerli təşkilatın sədri Ali rəhbərin Vətən Müharibəsi şəhidlərinə olan diqqətinin hər kəsə nümunə olduğunu bildirmişdir.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə,  Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.