Suraxanı rayonunda “Uşaq festivalı” adlı tədbir keçirilib
Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qaraçuxur qəsəbəsi, Neftçilər parkında hazırlanan “Uşaq festivalı” adlı musiqili-əyləncəli tədbir təşkil olunmuşdur. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Afət xanım Həsənova, Sevinc xanım Fətəliyeva, Etibar Əliyev, Əziz Ələkbərli, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, şəhid və qazi övladları, rayon ictimaiyyətinin nümayəndələri, eləcə də digər rəsmi qonaqlar iştirak etmişlər.
Qonaqlar rayonun məktəblərinin və uşaq bağçası-körpələr evlərinin hazırladıqları əl işləri ilə tanış olmuş və uşaqların təqdimatlarını dinləmişlər. Daha sonra konsert proqramında rəngarəng çıxışlar nümayiş olunmuşdur.