Suraxanı Rayonunda “Unudulmazlar” adlı tədbir keçirilib

Suraxanı Rayonunda “Unudulmazlar” adlı tədbir keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində 27 Sentyabr – Anım Günü ilə əlaqədar “Unudulmazlar” adlı tədbir keçirilib. Tədbirdə şəhid ailələri, qazilər, veteranlar, rəsmilər, Suraxanı rayon müəssisələrinin və idarələrinin nümayəndələri, məktəblilər və digər qonaqlar iştirak ediblər.

İlk olaraq Azərbaycan Respublikasnın Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Daha sonra 27 Sentyabr – Anım Gününə həsr edilmiş videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Suraxanı rayon Heydər Əliyev Mərkəzinin, Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi Araz Fərhadov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının nümayəndəsi Nərgiz Çıraqova, şəhid Murad Məmmədovun anası Mürvət Həsənova, şəhid Orxan Hüseynovun anası Xalidə Həmzəyeva, şəhid Cəsarət Səfərovun bacısı, Yeni Suraxanı bələdiyyəsinin sədri Həqiqət Məmmədova bildiriblər ki, 27 Sentyabr – Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsinin uca tutulduğu, onların şanlı mübarizəsinin gələcək nəsillərə çatdırıldığı tarixdir. Bu gün biz həm qəhrəmanlarımızın xatirəsini əziz tutur, həm də qalib xalq kimi tariximizə sahib çıxırıq. Şəhidlərimizin ruhu azad torpaqlarımızda, dalğalanan üçrəngli bayrağımızda və himnimizdə əks olunan minlərlə canın xatirəsində əbədilik qazanır.

Tədbirin bədii hissəsində 327 nömrəli tam orta məktəbin şagirdlərinin ifalarında şeir nümunələri səsləndirilib.