Suraxanı Rayonunda “Sənə Zəfər Yaraşır!” adlı intellektual yarış keçirilib

Suraxanı Rayonunda “Sənə Zəfər Yaraşır!” adlı intellektual yarış keçirilib

5 noyabr 2025-ci il tarixdə 114 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə “Sənə Zəfər Yaraşır!” adlı keçirilən intellektual yarışda 84, 101, 114, 154, 226, 232, 285, 317 nömrəli tam orta məktəblər iştirak etmişdir. Final mərhələsinə 114 və 285 nömrəli məktəblər çıxdı. Suraxanı rayonu, 285 nömrəli tam orta məktəbin şagirdlərindən ibarət " Mübarizlər" komandası yarışın qalibi olmuşdur.

Tədbirin rəsmi hissəsində YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə, Suraxanı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Novruz Əhmədov, 84, 101, 114, 154, 226, 232, 285, 317 nömrəli tam orta məktəblərin direktorları və bir qrup şagird-müəllim kollektivi iştirak etmişdir.