Suraxanı rayonunda Şəhid Polad Şirinov son mənzilə yola salındı
Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz 2002-ci il təvəllüdlü Şirinov Polad Seyran oğlunun nəşi yaşadığı Zığ qəsəbəsi, Dədə Qorqud yaşayış sahəsinə gətirilərək ailə üzvləri və rayon ictimaiyyətinin iştirakı ilə vida mərasimi keçirilmişdir, Daha sonra şəhidimizin nəşi II Fəxri xiyabanda dövlət himnimizin sədaları altında dəfn olunmuşdur.
Vida mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Afət xanım Həsənova, Etibar Əliyev, Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, rayon Prokuroru Rəşid Mahmudov, rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, rayon ictimaiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri iştirakı etmişlər.
RİH başçısı Əziz Əzizov Şəhidin ailə üzvlərinə təskinlik verərək bildirmişdir ki, Şəhidlərimiz bizim qürur mənbəyimizdir, fəxr olunan belə igid oğullarımızın hesabına əzəli torpaqlarımız azadlığa qovuşmuşdur.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhidimizin əziz xatirəsini yad edərək bildirmişdir ki, şəhidlərimiz müqəddəs vətən torpağına, onların ailə üzvləri, doğmaları isə bizə-Azərbaycan xalıqna əmanətdir.