Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşən Şahbazov Elnur Qədir oğlunun Anım günü münasibətilə Şəhidin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək dualar oxunub, ruhu böyük ehtiramla anılıb. Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev, RİHB-nin müavinləri və şöbə müdirləri, idarə, müəssisə və təşkilat nümayəndələri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.