Suraxanı rayonunda Şəhid qardaşının kiçik toy məclisi keçirilib

Suraxanı rayonunda Şəhid qardaşının kiçik toy məclisi keçirilib
Fevralın 15-də #Vətən müharibəsinin şəhidi Orucov Elmir Elyar oğlunun öz adını daşıyan qardaşı Elmir balanın kiçik toy məclisi keçirilib. Kiçik toy məclisində YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, şəhidimizin adını daşıyan Elmir balanın həmçinin, 1 yaşı tamam olur. 
Şəhidin valideynləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını ifadə ediblər.