Suraxanı Rayonunda “Müstəqilliyimiz əbədidir” adlı dəyirmi masa təşkil olunub.
Bakı şəhəri Elçin Qaranzadə adına 270 nömrəli tam orta məktəbdə 28 May – Müstəqillik Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı dəyirmi masa təşkil olunub.
Tədbirdə şagirdlərin təqdimatları dinlənilib, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, dövlətçilik ənənələri və müstəqilliyimizin əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparılıb. Şagirdlər tərəfindən hazırlanan çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.
İclasda məktəbin direktoru və ƏPT sədri Namiq İbadov, həmçinin ƏPT sədr müavini Süsən Aşurova iştirak ediblər. Çıxış edənlər gənc nəslin milli-mənəvi dəyərlərə bağlı ruhda yetişdirilməsinin vacibliyini vurğulayaraq, müstəqilliyimizin qorunmasının hər bir vətəndaşın əsas vəzifəsi olduğunu bildiriblər.