Suraxanı rayonunda “Hüquqlarımızı bilək” adlı dəyirmi masa təşkil olunmuşdur
12 noyabr2025-ci il tarixində Suraxanı rayonu 315 nömrəli tam orta məktəbdə Suraxanı Rayon Zığ Bələdiyyəsinin və Suraxanı rayonu 315 nömrəli tam orta məktəbin birgə təqdimatında "12 noyabr-Konstitusiya Günü” nə həsr olunmuş dəyirmi masa təşkil olunmuşdur.
Tədbirdə YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova, Suraxanı Rayon Zığ Bələdiyyəsinin sədri, Arzu Aslanova, Suraxanı rayonu 315 nömrəli tam orta məktəbin direktor vəzifəsini icra edən Leyli Rüstəmova, digər rəsmi şəxslər və məktəbin müəllim-şagird kollektivi iştirak etmişlər.
Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Qarşılıqlı müzakirə formatında keçən dəyirmi masa zamanı natiqlər konstitusiyanın tərbiyəvi funksiyasından danışarkən qeyd etmişlər ki, ali qanun kitabını öyrənmək və ona əməl etmək hər bir vətəndaşın borcudur.