Suraxanı rayonunda "Bir ömrün hekayəsi" adlı sənədli filmin təqdimat mərasimi keçirilib

Suraxanı rayonunda "Bir ömrün hekayəsi" adlı sənədli filmin təqdimat mərasimi keçirilib
Fevralın 27-də Suraxanı Rayon Heydər Əliyev Mərkəzində Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinə həsr olunan "Bir ömrün hekayəsi" adlı sənədli filmin təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində Suraxanı Rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbin direktoru Elvina Əhmədova və digər qonaqlar iştirak ediblər. 
Film ilə bağlı rəsmi qonaqlar öz təəssüratlarını bölüşüblər. Daha sonra Uşaq İncəsənət Məktəbinin yaradıcı heyətinin ifasında konsert proqramı nümayiş olunmuşdur.