Suraxanı rayonunda ”AĞ ÖNLÜKLÜLƏRİN ƏZMİ VƏ FƏDAKARLIĞI ALİ DİQQƏTƏ LAYİQDİR” adlı tədbir keçirilmişdir

Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının təqdimatında 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində 17 iyun 2025-ci il tarixində Gülarə Əliyeva adına 3 nömrəli uşaq İncəsənət məktəbində “17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü” münasibəti ilə tədbir keçirilmişdir.
Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nazim Fətullayev, Suraxanı Tibb Mərkəzinin direktoru Ələkbər Tağıyev, Suraxanı GEM-in direktoru Arzu Quliyeva, 24 saylı Şəhər Poliklinikasının baş həkimi Aynurə Əliyeva, 2 nömrəli Uşaq Reabilitasiya Mərkəzinin direktoru Şaban Eyvazov, 16 nömrəli Uşaq Poliklinikasının baş həkimi Könül Hümmətova, 30 saylı Ambulatoriyanın baş həkimi Gülşən Yusubova, 42 saylı Şəhər Poliklinikasının baş həkimi Rəna Nəsibzadə, 1 saylı Birləşmiş Uşaq Xəstəxanasının baş həkiminin müavini Arzu Hacı-zadə və digər rəsmi şəxslər iştirak etmişlər.
Öncə Ümummilli Lider Heydər Əliyevin, Vətən uğrunda canından keçmiş şəhidlərimizin, Pandemiya və Vətən müharibəsində canlarını qurban vermiş tibb işçilərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov tibb işçilərini təbrik edərək bildirdi ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən 2001-ci il iyunun 4-də imzalanan Sərəncama əsasən ölkəmizdə hər il iyunun 17-si ağxalatlı peşə sahibi olan tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Həmin gün öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətindən götürüb. Şərqdə ilk demokratik respublikası olan Milli hökumətin ilk qərarlarından biri 1918-ci il iyun ayının 17-də Səhiyyə Nazirliyinin yaradılması ilə əlaqədar olub.
Daha sonra bir qrup tibb işçisi “Konstitusiya və suverenlik İli” çərçivəsində rayonunun səhiyyə sahəsində səmərəli ictimai fəaliyyətinə görə “17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü” münasibəti ilə təltif olundu.
Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi, YAP Suraxanı rayon təşkilatının Ərazi Partiya təşkilatının sədri Nazim Fətullayev çıxında dedi ki, Azərbaycanın səhiyyə işçiləri bütün dövrlərdə tibbi xidmətin səviyyəsini yaxşılaşdırmağa səy göstəriblər.
24 saylı Şəhər Poliklinikasının baş həkimi, YAP Suraxanı rayon təşkilatının Ərazi Partiya təşkilatının sədri Aynurə Əliyeva bildirdi ki, dövlət başçısının rəhbərliyi altında səhiyyə sistemində aparılan əsaslı islahatlar sayəsində səhiyyə idarəçiliyi və maliyyələşməsinin yeni müasir konsepsiyalara uyğun formalaşdırılması, ən yaxşı beynəlxalq təcrübədən istifadə, yerli və xarici tərəfdaşlarla məhsuldar əməkdaşlıq bu islahatların təməlini təşkil edir.
1 saylı Birləşmiş Uşaq Xəstəxanasının sahə həkimi, I Qarabağ Müharibəsinin veteranı Gülağa Allahverdiyev bildirdi ki, Bu peşə vicdanla seçiləcək, qürurla daşınacaq, hörmətlə yaşanacaq bir peşədir. Həkim olmaq üçün diplom kifayət etmir – böyük bir ürək lazımdır.
30 saylı ambulatoriyanın həkim-pediatrı, YAP Suraxanı rayon təşkilatının Ərazazi Partiya təşkilatının sədr müavini Ülkər Quliyeva dedi ki, Covid-19 pandemiyası dövründə Azərbaycan tibb işçiləri əsl qəhrəmanlıq nümunəsi göstərdilər. Onlar öz ailələrindən, yaxınlarından uzaq düşərək gecə-gündüz xəstəxanalarda çalışdılar.
Suraxanı Tibb Mərkəzinin xəstə xidmətləri şöbəsinin müdiri, YAP Suraxanı rayon təşkilatının Ərazi Partiya təşkilatının sədri Ülviyyə Cəfərli çıxış edərək dedi ki, Suraxanı Tibb Mərkəzi olaraq məsuliyyəti dərindən hiss edirik. Bu şəhid ailələr bizim üçün sadəcə pasiyent deyil – qürur yerimiz, müqəddəs əmanətimizdir. Hər bir şəhid ailəsinin, hər bir qazimizin sağlamlığına, rahatlığına, psixoloji və sosial ehtiyaclarına maksimum diqqət göstərilir. Qapılarımız onlara hər zaman açıqdır – və biz göstərdiyimiz xidməti əmrlə yox, vicdanla edirik.
Daha sonra tədbir Gülarə Əliyeva adına 3 nömrəli uşaq İncəsənət məktəbinin kollektivinin ifasında tibb işçilərinə həsr olunmuş mahnılardan ibarət konsert proqramı ilə davam etmişdir.