Suraxanı rayonunda Afaq Bəşirqızı ilə görüş keçirilib
Mayın 2-də Suraxanı Rayon Heydər Əliyev Mərkəzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Qonağımız var” layihəsi çərçivəsində sevimli gülüş ustası, “Şöhrət” ordenli xalq artisti Afaq Bəşirqızı ilə görüş keçirilib.
İlk öncə dövlət himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Aktrisalıq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Teatrında başlayan, ilk rollarından özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərərək tamaşaçıların dərin rəğbətini qazanan xalq artisti Afaq Bəşirqızının həyat və yaradıcılığı, yaratdığı ölməz obrazları haqqında maraqlı söhbətlər aparılıb.




