Suraxanı rayonunda "27 Sentyabr - Anım Günü” münasibəti ilə ağacəkmə aksiyası keçirilib

Suraxanı rayonunda "27 Sentyabr - Anım Günü” münasibəti ilə ağacəkmə aksiyası keçirilib

18.09.2025-ci il tarixdə Suraxanı rayonu, Bülbülə qəsəbəsində "27 Sentyabr- Anım Günü” münasibəti ilə ağacəkmə aksiyası keçirilib. Aksiyada Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov,  Milli Məclisin deputatı Afət Həsənova, YAP Suraxanı rayon təşkilatının nümayəndələri, rayonda faəliyyət göstərən idarə, müəssisə, təşkilatların rəhbərləri, qəsəbələr üzrə icra nümayəndələri, bələdiyyə sədrləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

"27 Sentyabr- Anım Günü” münasibəti ilə keçirilən ağacəkmə aksiyasında Vətən uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.