Suraxanı Rayonunda 17 iyun–Tibb işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib

Suraxanı Rayonunda 17 iyun–Tibb işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib

Tədbirdə YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, tibb işçiləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər. Tədbir iştirakçıları ilk öncə ulu öndərin Əmircan qəsəbəsində yerləşən Heydər Əliyev parkında abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Daha sonra RİH-in konfrans zalında davam edən tədbirdə ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. RİH başçısı Əziz Əzizov çıxış edərək çətin və şərəfli peşənin sahibləri olan tibb işçilərinə uğur və müvəffəqiyyətlər arzulayıb, həmçinin qeyd edib ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir, vətəndaşlarımız dövlətin yaratdığı tibbi xidmətlərdən yüksək səviyyədə yararlanır. O, həmçinin, pandemiya dövründə də COVİD – 19 infeksiyasına qarşı ölkəmizdə həyata keçirilən mübarizə tədbirləri çərçivəsində həyatlarını riskə ataraq bir daha öz əzmkarlıqlarını nümayiş etdirən, ön cəbhədə cəsarətlə vuruşan və vətəndaşların sağlamlığının etibarlı təminatına xidmət edən, onlara inam və ümid bəxş edən tibb işçilərimizin əməyinin, şəfqət və mərhəmətinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini də diqqətə çatdırıb.

Sonda bir qrup səhiyyə işçisi Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar.\