Suraxanı rayonu 316 saylı məktəbdə rekord: 11A sinfinin 27 şagirdinin hamısı tələbə oldu

Suraxanı rayonu 316 saylı məktəbdə rekord: 11A sinfinin 27 şagirdinin hamısı tələbə oldu

Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən 316 saylı tam orta məktəbin 11A sinfinin bütün şagirdləri ali məktəblərə qəbul olunublar.

Məktəbdən verilən məlumata görə həmin sinifdə təhsil almış 27 şagirdin hamısı buraxılış və qəbul imtahanlarında yüksək və orta nəticələr göstərib. Onlar avqustun 31-də başa çatan ixtisas seçiminin nəticələrinə əsasən müxtəlif ali məktəblərə qəbul olunublar. Bu, bir sinifdən tələbə adını qazananların sayına görə Azərbaycan üzrə qeydə alınan ən yüksək göstəricidir. Bir məqamı da xüsusi vurğulamaq istərdik ki, 11A sinifi ibtidai sinifdə bir yerdə oxuyan  şagirdlərdən təşkil olunmuşdur.

Qeyd edək ki, şagirdlərdən 3 nəfəri 600-dan, 7 nəfəri isə 500-dən çox bal toplayıb.