Suraxanı rayonu, 311 saylı uşaq bağçasında Müstəqillik günü qeyd olunub

Suraxanı rayonu, 311 saylı uşaq bağçasında Müstəqillik günü qeyd olunub
26 may 2026-cı il tarixində Suraxanı rayonu 311 saylı körpələr evi - uşaq bağçasında “28 May - Müstəqillik Günü” qeyd olunub. Uşaq bağçasının müdiri, YAP Suraxanı rayon təşkilatının ƏPT sədri Svetlana Hənifəyeva çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, 1991-ci ildə müstəqilliyimizin yenidən bərpası və Ümummilli Lider Heydər Əliyevin müstəqilliyimizin möhkəmləndirilməsi uğrunda apardığı mübarizə haqqında danışıb. Natiq eyni zamanda Ulu Öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan parlaq Zəfər sayəsində bu gün milli dövlətçilik tariximizin şanlı səhifələrindən olan Müstəqillik Gününü ərazi bütövlüyü təmin edilmiş, qalib, güclü dövlət olaraq qeyd edildiyini vurğulamışdır.
Tədbirdə çıxış edən şəxslər çıxışlarında uşaqlarda vətənpərvərlik ruhunun yüksəldilməsi, gənc nəslin tariximizə dair biliklərinin möhkəmləndirilməsi, Vətənin bütövlüyü uğrunda canından keçmiş Azərbaycanın igid oğullarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində bağçada görülən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayaraq balacalara gələcək həyatlarında uğurlar diləyib, Vətənə, xalqa layiqli övlad olmalarını arzulayıblar.
Sonda bağçanın fidanları tərəfindən ədəbi-bədii kompozisiya təqdim olunub. Balaca istedadların çıxışları böyük maraqla qarşılanıb.