Suraxanı rayonu 290 nömrəli tam orta məktəbdə “Tarixə qızıl xətlə yazılan gün“ adlı tədbir keçirilmişdi

Suraxanı rayonu 290 nömrəli tam orta məktəbdə “Tarixə qızıl xətlə yazılan gün“ adlı tədbir keçirilmişdi

7 noyabr 2023-cü il tarixdə Suraxanı rayonu 290 nömrəli tam orta məktəbdə “Tarixə qızıl xətlə yazılan gün“ adlı tədbir keçirilmişdi. Tədbirdə YAP Suraxanı Rayon Təşkilatının əməkdaşı məsləhətçisi Kürsüm Həsənova, Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi , məktəb direktorları və Vətən müharibəsi iştirakçıları iştirak edirdi. Əvvəlcə canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Yeganə Abdullayeva Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü barədə ətraflı məlumat verdi. Daha sonra şagirdlərin hazırladıqları şeir və mahnı kompozisiyaları tədbir iştirakçılarına nümayiş etdirildi.

Sonunda çıxış edən qonaqlar tarixi günlə bağlı fikirlərini bölüşdülər.