Suraxanı rayonu, 282 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib

Suraxanı rayonu, 282 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib

İyunun 14-də Bakı şəhəri Suraxanı rayonu, 282 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə çıxış edən məktəbin direktoru Səadət Məmmədova bildirdi ki,  Bu gün məktəb həyatınızın ən yadda qalan günlərindən biridir – Son zəng günü! Sizin üçün illərlə davam edən zəhmətin, əzmin və əsl dostluqların son akkordu səslənir. Hər birinizi ürəkdən təbrik edir, gələcək həyatınızda uğurlar arzulayıram.

Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Əkbər Qənbərli çıxış edərək “Son zəng” münasibətilə bütün məzunları təbrik edib. O, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının təbrikini diqqətə çatdırıb.

YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun salamlarını, xoş arzularını, diləklərini məzunlara çatdırıb. Kürsüm Həsənova: “Əziz məzunlar, üzünüzdə olan bu məsumluğu qoruyub, saxlayın. Həyatınızdakı bütün məqamlara bu günkü kimi məsuliyyətlə yanaşın, vətənpərlik duyğusunu heç vaxt itirməyin. Bacarıq, əzmkarlıq və uğur hər zaman sizinlə olsun.

Tədbir bədii hissə ilə davam etdirilib və ənənəvi olaraq “Son zəng” çalınıb.