Suraxanı rayonu 279 nömrəli tam orta məktəbdə “Multikulturalizm şagirdlərin gözü ilə” adlı tədbir keçirilib
31.05.2023 tarixdə məktəbin akt zalında 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Multikulturalizm şagirdlərin gözü ilə" adlı tədbir keçirildi. Tədbirdə Yeni Azərbaycan Partiyasının Suraxanı rayonu təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı rayonu İcra Hakimiyyətinin əməkdaşı Anar Əsədullayev, məktəbin rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak etmişlər. Tədbir "Ailəm və məktəbim" layihəsi çərçivəsində valideyn-məktəb əməkdaşlığı zəminində ərsəyə gəlmişdir.
Tədbirin keçirilməsində məqsəd insanlar arasında sevgi, dostluq və həmrəyliyin möhkəmlənməsinə təkan vermək, müxtəlif xalqların adət-ənənələrinə hörmət hissinin artırılması və onlar arasında mədəni körpünün yaradılmasıdır. Tədbirdə qeyd olunub ki, multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Əsrlərdir ki, xalqımız tolerantlıq, dözümlülük, başqa dinlərə və mədəniyyətlərə hörmət prinsiplərini həyat tərzinə çevirərək, bu prosesə mühüm töhfələr verib. Ona görə də Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi heç də təsadüfi deyil və bunun dərin tarixi kökləri var.
Tədbirdə şagirdlər 10 müxtəlif ölkənin mədəniyyətini, incəsənətini, tarixini əks etdirən əl işlərini və müxtəlif xalqların milli geyimlərini nümayiş etdiriblər. Tədbir 3ç, 2ç, 4d, 2b, 2e, 5e, 2d, 8d, 6d, 6ç sinif şagirdlərinin hazırladığı konsert proqramı ilə başa çatıb.