Suraxanı rayonu 279 nömrəli tam məktəbin şagirdi “Beynəlxalq Kopernik Olimpiadası”nda qızıl medala layiq görülüb

Suraxanı rayonu 279 nömrəli tam məktəbin şagirdi “Beynəlxalq Kopernik Olimpiadası”nda qızıl medala layiq görülüb
Suraxanı rayonu 279 nömrəli li tam orta məktəbin 11-ci sinif şagirdi Məmmədova Qəndab Şaiq qızı “Beynəlxalq Kopernik Olimpiadası”nın fizika-astronomiya fənləri üzrə ABŞ-da keçirilən final mərhələsində ölkəmizi uğurla təmsil edərək qızıl medala layiq görülüb.
Qeyd edək ki, Azərbaycandan tək Qəndab Məmmədovanın iştirak etdiyi tələbələr üçün dinamik platforma olan Kopernik Olimpiada platforması dünya səviyyəli olimpiada yarışlarını təşkil edir və onlara ev sahibliyi edir.
Bundan öncə Qəndab Məmmədova Respublika Fənn Olimpiadasında gümüş medal, Şuşa ilinə həsr olunmuş Respublika Olimpiadasında isə qızıl medal qazanıb.