Suraxanı rayonu 226 nömrəli tam orta məktəbdə “Şuşa ili” nə həsr olunmuş tədbir keçirilib
Daha sonra şagirdlərin ifasında qələbəmizə, işğaldan azad olunmuş torpaqlarımıza həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Məktəbin foyesində Şanlı qələbəmizə həsr olunmuş sərgi təşkil olunub. Vətənpərvərlik mövzusunda hazırlanmış səhnəciklər, şeirlər, mahnılar, rəqslər nümayiş olunub.
Tədbirdə çıxış edən RİH-nin başçısı Əziz Əzizov bildirib ki, məhz Ali Baş Komandan İlham Əliyevin və müzəffər Azərbaycan Ordusunun şücaəti sayəsində Şuşa arzumuz gerçəkləşib, mədəniyyət beşiyi olan Şuşa şəhəri və digər ərazilərimiz özümüzə qaytarılıb. 2022-ci ilin “Şuşa ili” elan olunması bu baxımdan böyük tarixi əhəmiyyətə malikdir.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək demişdir ki, Mədəni həyat hər bir şəhəri pasportudur. İnsanlar yaşamaq üçün hər yerdə səbəb tapırlar. Lakin mənalı ömür sürmək hər bir şəhər sakininin arzusudur. Şuşa əsası qoyulduğu gündən, 270 ildir ki, Azərbaycan, türk və müsəlman mədəniyyətinin mərkəzlərindən biri olmuşdur. İşğal altındakı 30 illik müddəti nəzərə almasaq, Qafqazın konservatoriyası olan Şuşa sözün bütün mənalarında mədəniyyətin bütün sahələri üzrə əsas mərkəz rolunu oynamışdır.