Sülh əldə etmək uğrunda gördüyümüz işlər yüksək dəyərləndirilir

Sülh əldə etmək uğrunda gördüyümüz işlər yüksək dəyərləndirilir

Hüseyn Quliyev

Gənc tədqiqatçı, YAP Suraxanı rayon təşkilatının fəal gənc üzvü

Cənab Prezident İlham Əliyevin sülhsevər və humanist diplomatik fəaliyyətinin növbəti beynəlxalq ictimaiyyət tərəfindən tanınması 2026‑cı ilin Davos İqtisadi Forumunda gerçəkləşdi. Bu tədbir zamanı BƏƏ‑nin “Şeyx Zayed İnsan Qardaşlığı Mükafatı” nın qalibləri açıqlanıb və onların sırasında Azərbaycan Prezidenti də olub. Mükafat Azərbaycanın Ermənistanla imzalanan sülh sazişinin həyata keçirilməsinə verdiyi töhfəyə görə təqdim olunur. Şeyx Zayed Fondu münsifləri vurğulayır ki, cənab Prezidentin təşəbbüsü ilə imzalanan bu saziş qlobal sülh üçün önəmli nümunədir və Sizin sülh əldə etmək uğrunda gördüyünüz işlər dünyada həqiqətən dəyərləndirilir”.

Yaxın tarixi xatırlamaq kifayət edir ki, Azərbaycanın sülhsevər mövqeyi və Azərbaycan Respublikasının Prezidentinin sülhə cağıran bəyənatları açıq-aşkar görünsün. Belə ki, 30 ilə yaxın müddət ərzində ərazimizin 20 faizinin işğal altında saxlanması, beynəlxalq hüququn bütün norma və prinsiplərinin darmadağın olması, imzalanmış bütün ali qərarların Ermənistan tərəfindən yerinə yetirilməməsinə baxmayaraq Azərbaycan Prezidenti cənab İlham Əliyev hər zaman sülhə və diplomatiyaya inandığını bildirmiş və Ermənistanı sülhə çağırmışdır. Bunlar nəticə vermədikdə isə Azərbaycan Ermənistanı sülhə məcbur etmişdir.

Cənab Prezidentin səyləri nəticəsində bu gün regionumuzda faktiki olaraq sülh şəraiti bərqərar olmuşdur. Xarici siyasətimizin birbaşa rəhbəri olan cənab İlham Əliyevin mövqeyi dünyanın bütün nöqtələrində baş verən müharibə, münaqişələrin həlli kimi həmişə sülhə, əməkdaşlığa və diplomatiyaya çağırmaqdır.

Azərbaycan ilə BƏƏ münasibətləri uzunmüddətli dostluq və etimada söykənir. Tarixi-mədəni bağlılıqlar bu əlaqələrin diplomatiya, ticarət, energetika və texnologiya sahələrində sürətlə genişlənməsinə zəmin yaradıb. Bu əməkdaşlığın bariz göstəricisi Dubayda açılan “Azərbaycan Ticarət Evi” və birgə investisiya layihələridir. Birləşmiş Ərəb Əmirlikləri tərəfindən verilən bu prestijli mükafat isə ölkələrimiz arasındakı strateji tərəfdaşlığın daha da möhkəmləndiyini nümayiş etdirir. Cənab Prezident bu mükafata xüsusi dəyər verdi çünki təqdim olunmuş ali mükafat Birləşmiş Ərəb Əmirliklərinin qurucusunun adını daşıyır. Bu dövlətlərimiz arasındakı ikitərəfli əlaqələrin daha da inkişaf etməsinə gətirib çıxaracaqdır.

Prezident cənab İlham Əliyev beynəlxalq miqyasda nüfuzlu lider kimi tanınır. Onun müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan etibarlı tərəfdaş kimi qəbul edilir və ölkəmizin nüfuzu durmadan artır. Dünyanın aparıcı siyasətçiləri Prezidentimizin liderliyini yüksək qiymətləndirir; misal üçün, ABŞ‑ın Sülh Şurasına qoşulmaq təklifi verilən dəyərin göstəricisidir. Beynəlxalq münsiflər də Əliyevin sülh təşəbbüslərini alqışlayır – Avropa Şurasının sabiq Prezidenti Şarl Mişel də Prezident İlham Əliyevin liderliyi ilə əldə olunan sülh təşəbbüslərini yüksək qiymətləndirərək bildirib ki, bu addımlar dünya ictimaiyyətinə güclü ümid mesajı verir.